İftar menyusu – 23-cü gün

29.06.2016

Fərqli dada malik atlama və tərəvəzli toyuq çığırtması kimi yay ləzzətlərindən ibarət növbəti İftar menyumuzu təqdim edirik.

Almalı atlama

İçindəkilər

Alma – 1 ədəd

Reyhan – 1 dəstə

Keşniş – 1 dəstə

Şüyüd – 1 dəstə

Qatıq – 0.5 l.

Duz

Hazırlanması

Qatıq mikserlə çırpılır, üzərinə xırda doğranmış göyərti, sürtgəcdən keçirilmiş alma və duz əlavə edilir, yaxşıca qarışdırılır. Soyuducuya qoyulur.

Badımcanlı toyuq çığırtması

İçindəkilər

Toyuq – 1 ədəd

Soğan – 3 ədəd

Pomidor – 3 ədəd

Bolqar bibəri – 1 ədəd

Badımcan – 6 ədəd

Kərə yağı

Keşniş

Duz, istiot

Hazırlanması

Parçalara bölünmüş toyuq əti, halqavari doğranmış soğan, bolqar bibəri, qabığı soyulmuş və sürtgəcdən keçirilmiş pomidor yağda qovrulur. Badımcanın qabığı soyulur, doğranır, çığırtamaya əlavə edilir, duz, istiot səpilir. Yağa düşənə qədər bişirilir. Süfrəyə veriləndə üzərinə xırda doğranmış keşniş əlavə edə bilərsiniz.

Nuş olsun!





© 2015 foxy.azBütün hüquqlar qorunur.