Womenshealthaz - dan sağlam yemək reseptləri

24.04.2017

Bu dəfə womenshealthaz qızları sizə bir-birindən dadlı və sağlam yemək reseptləri təqdim edirlər. 

Nahar yeməyiniz üçün rozmarinli toyuq salatını mütləq siz də evdə hazırlayın.  Hazırlanması cəmi 30 dəqiqə tələb edən, rahat və vitaminlə bol olan bu yeməyin sizin xoşunuza gələcəyindən əminik.

Bunun üçün lazımdır:

- 1 ədəd avokado

- 2 toyuq filesi

- Bir neçə ədəd pomidor və ya istəyə göre çeri pomidorları (cherry tomatoes)

- 1 ədəd qırmızı soğan

- Rozmarin,ispanaq və ya kahı

- Zeytun yağı,limon suyu

- Duz,istiot

Qeyd: Toyuq filesini zeytun yağında və ya buxarda hazırlaya bilərsiniz.

Kök qida və minerallar baxımından olduqca vacib tərəvəzdir. Kök suyu həmçinin anti-xərçəng maddəsi olaraq da bizə xidmət edir və qaraciyəri təmizləyir.O kaliumla birlikdə prostat,sinə xərçəngi kimi xəstəliklərin riskini azaldır.Belə ki,bu tərəvəzin suyundan mütəmaddi olaraq içmək qaraciyərdəki toksinlərin artmasının qarşısını alır. Kökün tərkibində olan beta-karotenoidlər A vitamini halında dəriyə daxil olur və hüceyrələrin yaşlanma prosesinin ləngidir. Kök suyu çəki azaltmaq istəyən insanların içə biləcəkləri ən yaxşı təbii içki hesab edilir. Çiy kök isə piylənmənin qarşısını alan toksinlərin artmasına şərait yaradır və həzmi prosesini asanlaşdırır.

Sadə əldə edə biləcəyimiz sərvətdən yararlanaq!

Kim deyir ki, şirniyyat ziyanlıdır?  Dadlı və tez hazırlanan “enerji topları”. Hazırlama prosesi isə 20 dəqiqə.

20 top hazırlamaq üçün:

30 ədəd xurma

50 ədəd badam (istəyə görə digər çərəz seçə bilərsiniz,məsələn fındıq,qoz və ya keşyu)

Bəzək üçün kokos.

Hazırlanma prosesi: Xurmaları tumundan təmizləyib blenderlə xırdalıyrsınız,sonra badamları (və ya digər çərəzləri əlavə edirsiniz) əlavə edib birlikdə qarışdırırıq. Hazır qarşımı istənilən ölçüdə top halına salıb üzərini kokosla bəzəyirsiniz.

Nəticədə çox dadlı, təbii və doyumlu bir şirniyyat!

Şam yeməyinin yüngül olmağını artıq qeyd etmişik. Çalışın şam yeməyinə daha çox tərəvəzlərdən istifadə edəsiniz. Həm yedikdən sonra özünü ağir hiss etməyəcəksiniz, həm də müxtəlif vitaminlə qəbul etmiş olacaqsınız.

Yay fəsili yaxınlaşdığını nəzərə alaraq rəngli salat reseptinin diqqətinizə çatdırırq:

- Kəsmik (sadə)

- Rəngli bibərlər

- Şüyüd

- Ağ küncüt

Əgər bibəri sevmirsinizsə aşağıdaki faydalı faktlar bəlkə sizə kömək ola bilər:

Limon C vitamininin mənbəyi hesab olunsa da, bolqar bibərində bu vitamin daha çoxdur. Xüsusilə vitamin bibərin saplağı tərəfində cəmlənmişdir, lakin bir çox evdar xanım bundan bixəbər olduğu üçün yemək bişirərkən tərəvəzin bu hissəsini kəsib tullayır. Tərkibində P vitamini çoxdur və bu vitamin sayəsində qan damarlarının elastikliyi artır və tromboz, ürək- damar sisteminin və aterosklerozun yaranmasının qarşısı alınır. A vitamini də bu tərəvəzdə çoxdur. Buna görə saçlarınız töküldükdə, gözünüzün nuru zəifləməsin deyə şirin bibərdən qidanızda geniş istifadə edin. Lakin bu faydalı tərəvəzin bəzi insanlara ziyanı da ola bilər. Belə ki, mədəsində turşuluğu yüksək olan, qastritdən əziyyət çəkən insanlar bibər yeməməlidirlər.

Gündəlik bədəniniz tələb etdiyi qədər mayə qəbul etməlisiniz.

Kofe və qazlı içkiləri sadə su ilə əvəz edin. Lakin burda vacib bir məqam var, suyu siz hər yeməkdən yarım saat əvvəl və ya eyni vaxt olçüsü ilə sonra içməlisiniz.Yemək zamanı su həzm şirəsinə təsir göstərir və zülalın parçalanma prosesini çətinləşdirir.





© 2015 foxy.azBütün hüquqlar qorunur.