qidalanma

“Kökdən yarpağa” - Daha az qida israf etməyin yolları

09.02.2016

Elə bir dövrə gəlib çıxmışıq ki, maksimum qənaət etməyə çalışırıq. Bu qənaəti qidalanmağımıza da tətbiq etməyə can atırıq. Amma bu, bizə bir az çətin gəlir. Çünki qənaət etdiyimiz zaman düşünürük ki, sağlamlığımıza da bir az qənaət edirik. Lakin bunu həm sağlam, həm də qənaətli şəkildə etmək mümkündür. Daha az qida israf etməyin bu yolu “kökdən yarpağa” trendidir.

Keçi südünün 12 faydası

05.02.2016

Stamatoloqların fikrincə, kalsiumla zəngin olan süd məhsulları diş minasını möhkəmlətməklə yanaşı, gözəl gülüşə də sahib olmağınıza səbəb olur. Amma bunu inkar etməsək də, ümumi həkim məsləhətlərinə kor-koranə inanmaq da doğru deyil. Bunun üçün həkimə müraciət edib inək südündəki zülala qarşı allergiyanızın olub-olmadığına əmin olun. Əgər allergiyanız varsa kefinizi pozmağa dəyməz. Hər zaman çıxış yolu var. Siz də inək südü əvəzinə dietoloqların unikal müalicəvi üsul adlandırdıqları keçi südünə üstünlük verin. 

Cəlbedici görünmək üçün suya bir az darçın əlavə edin!

04.02.2016

İstər qış, istərsə də yay aylarında dəridə dartılmalar, qaşıntı və qabıq verib tökülmələr baş verir. Eyni zamanda da sızanaqlar yaranır ki, bu da problemləri artırır. Bəs bu problemlərin qarşısını almaq üçün nələr etmək olar?

Qidalanma piramidası nədir?

03.02.2016

Yağ, şəkər, dənli bitkilər, ət, süd, meyvə, tərəvəz – orqanizmimizin bu qidalara ehtiyacı var. Qidalanmamızda çox vacib olan bu qidalar öz aralarında da müəyyən bir qaydaya sahibdir. Belə ki, bu qayda qidalanma piramidası adlanır və dörd qidalanma qrupuna bölünür. Bəs qidalanma piramidası nədir?

Narın faydaları və xeyirli reseptlər

02.02.2016

Belə bir deyim var: “Hər gün nar yesəniz ürəyiniz saat kimi işləyər”. Elə buna görə də, qışın əsas vitamin mənbəyi olan bu qırmızı-parlaq meyvənin faydalarından və ondan hazırlanan xeyirli reseptləri araşdırdıq. 

© 2015 foxy.azBütün hüquqlar qorunur.