Yaz-Yay aylarında artıq çəki atmağınıza kömək edəcək 9 qida

20.04.2016

Çəki atmağı uğurla nəticələndirməyin qızıl qaydası qidaları mövsümlərində qəbul etməkdir. Əgər söhbət çəki atmaqdan gedirsə yaz-yay ayları da həddindən artıq zəngin meyvə-tərəvəz müxtəlifliyinə malikdir. Sizə təqdim edəcəyimiz qidaları məhz bu mövsümlərdə rasionunuza əlavə etsəniz əmin olun ki, çəki atmaq çox ləzzətli olacaq. 

Moruq

Orqanizminizdə qlikozanı balanslaşdırmaq və maddələr mübadiləsini sürətləndirmək istəsəniz düşünmədən moruğa müraciət edin. Çünki maddələr mübadiləsi nə qədər qaydasında, sürətlə fəaliyyət göstərərsə orqanizminiz bir o qədər sağlam olar və artıq çəkidən də tez azad olarsınız. Bunun üçün də, moruq əvəzolunmaz qidadır.

Qarağat

Bilirsiniz ki, çəki atmaqda ən vacib qaydalardan biri məhz şəkərdən imtina etməkdir. Bunun üçün də orqanizminizdəki şəkəri enerjiyə çevirərək bədəndəki yağı sürətlə yox edən qarağat əla seçim olar. Meşədə yetişən qarağat xəfif dadı və incə görünüşülə sizin də daha sağlam olmağınıza, düzgün çəki atmağınızda mühüm rol oynayır. 

Qarpız

Yayı düşünəndə insanın ağlına ilk 3 nüans gəlir – çimərlik, günəş və qarpız. Qarpız təbii şəkər və su qaynağıdır. Yayda bacardıqca çox qarpız yesəniz həm orqanizminizdəki artıq şəkərdən, duzlardan azad olarsınız, həm də ki, yağlarınız daha tez yanar.

Ananas

Ananas həzmi asanlaşdıran ideal meyvədir. Ananası istənilən formada qəbul edə bilərsiniz. Çünki bütün formalarda eyni nəticəni verəcək. Xüsusilə çalışın yeməkdən sonra yeyəcəyiniz meyvə məhz ananas olsun. O sizə aldığınız kalorini tez atmaqda yardımçı olacaq.

Mango

Mango qan şəkərinin miqdarını balanslaşdırır. Buna görə də, məhz şəkərli diabetdən əziyyət çəkənlər üçün mükəmməl meyvədir. Eyni zamanda liflə də zəngindir.

Xiyar

Xiyar yaz-yay qidalanmasının başında gələn mühüm tərəvəzdir. İstər mətbəxdə, istərsə də, gözəllikdə əvəzolunmazdır. Yəqin ki, bu hal onun tərkibinin 95% sudan ibarət olması ilə əlaqəlidir. Xiyar yaz-yaz qidalanma rasionunuzda  istər salatlarda, istərsə də detoks içkilərinizdə yer alsa həm daxilən, həm də, xaricən sağlam olarsınız. Eyni zamanda bədəninizdəki artıq duzları təmizləməklə də, çəki atmağınıza kömək olacaq.

Badımcan

Badımcanı əksəriyyət sevməyərək özlərini onun faydalarından məhrum edir. Karbohidrat və kalori miqdarı az olan badımcan qida dəyəri baxımından yüksək göstəriciyə malikdir. Badımcanı yemək və salat olaraq rasionunuza daxil edin.

Kələm

İstər ağ, istərsə də, qırmızı kələm çox faydalıdır. Su və minerallarla zəngindir. Onun şirəsini çəkib maye halında qəbul edə bilərsiniz. Nəticədə mədə-bağırsağınızda olan problemlər yox olacaq. Çünki sağlam çəki atmağın yolu məhz yaxşı işləyən mədə-bağırsaq sistemindən keçir. Salatlarda çiy halda yeyə və ya müxtəlif cür bişirib də qəbul edə bilərsiniz.

Kabak

Kabak da liflə zəngindir. Eyni zamanda da az kaloriyə malikdir.





© 2015 foxy.azBütün hüquqlar qorunur.