Bağırsaqlarımızın dostu 5 prebiyotik tərəvəz

15.05.2017

Bir çoxumuzun bağırsaqları “sözümüzə baxmır”. Bunu evdə türkəçarələrlə, həkim məskəhətləri həll etməyə çalışırıq. Amma gündəlik qidalanmamısa bəzi prebiyotik tərəvəzləri əlavə etsək nə türkəçarələrə, nə də həkim məsləhətlərinə ehtiyac olar. Bu prebiyotik tərəvəzlərdən daha faydalı 5-ini sizə təqdim edirik.

Əvvəlcə gəlin prebiyotik sözünün mənasını açaq. Prebiyotik məhsullar orqanizmimizi zərərli bakteriyalardan qoruyan, infeksiyaların qarşısını alan, immunitetimizi gücləndirən “dost bakteriyalar”dır.

Qulançar

Xüsusilə də, çiy qulançar. Bişirmə prosesi bəzi qidalarda faydalı maddələri məhv etdiyindən onları çiy şəkildə qəbul etməkdə fayda var. Çiy halda qulançar sizin ağız dadınıza uyğun deyilsə, onu buxarda da bişirib yeyə bilərsiniz.

Banan

Daha çox prebiyotik üçün tam yetişməmiş bananları yeməyə çalışın. Dilimlənmiş banana badam əzməsi də çəkib yeyə bilərsini. Yaxud da, doğrayıb, sürtgəcdən keçirilmiş zəncəfil və bir az darçın əlavə edib, qatıqla da qarışdırıb yemək olar. Yay vaxtı bananı ən yaxşı halda quru meyvələrlə blenderdən keçirib smuzi şəklində içmək ləzzət verir.

Sarımsaq

Sarımsağı çiy şəkildə yemək daha faydalıdır. Bir diş sarımsağı əzib ya da doğrayıb sirkə və xardal, limon suyu, zeytun yağından ibarət sadə bir salat sousu halında da qəbul edə bilərsiniz.

Yeralması

Yeralmasının da prebiyotik təsiri üçün çiy şəkildə yeyilməsi daha vacibdir. Qabığını soyduqdan sonra xırda kiçik hissələrə ayıraraq salatlara əlavə etmək olar. Ya da ki, belə halda olan yeralmasını doğranmış alma ya da armudla, sürtgəcdən keçirilmiş zəncəfil, toz darçın və qatıqla da qarışdırıb yeyə bilərsiniz.

Soğan

Soğan istənilən şəkildə daha böyük prebiyotik mənbəyidir. Onu müxtəlif yeməklərdə, salatlarda istifadə etməklə bağırsaqlarınıza faydalı ola bilərsiniz.





© 2015 foxy.azBütün hüquqlar qorunur.