Boşanma qərarı verərkən valideyinlər nələrə diqqət yetirməlidirlər ?

20.07.2016

Bəzən ailələrdə yaranan problemlər hər gün baş verən mübahisələr boşanma hallarına gətirib çıxarır, bu da uşaqlarda olduqca ciddi psixoloji hallara səbəb olur. Boşanma halları cəmiyyətdə var olan problemdir. Bu gün gənc və  övladlı  ailələrimizdə  də belə hallara rast gələ bilərik. Ona görə də, bu qərarı verərərkən dəqiq  və  düzgün  verməyiniz  gərəkdir.  Aranızda  baş verən neqativ  səbəblər nədirsə  bunu övladlarınızda  bəlli etməməlisiniz. Bunu özünüz və ya bir psixoloqun köməyi ilə uşaqlarınıza başa  salmalısınız. Çox zaman  belə hallar  baş verərkən uşaqlarda  özünəqapanıqlıq, depresya, anti-sosiyalıq, aqresivlik  və s  kimi  xüsüsiyyətlər  ortaya çıxır.

Valideyinlər   ayrılıq  qərarı verdiyi  zaman   yeni  bir  həyata  başlayərkən   bəzən  yeni  vərdişlər də  edirlər. Bu vərdişlər onlar  üçün  yaxşı  nəticə verməyə bilər ona görədə uşaqlarınızın keçmiş alışqanlıqlarını  onlardan  məhrum  etməyin. Boşanma halı uşaqların məktəb həyatına  da  yansıya bilər, buna  aldığı qiymətlər  kollektiv  arasında  çəkinə-cəkliyi  misal  çəkə  bilərik. Buna  görədə  uşağınızın  məktəb  həyatını  diqqət  mərkəzində saxlamalısınız. Müəllimləri ilə tez-tez əlaqədə olmağınız  məsləhətlidir. Ən önəmlisi uşaqlarınıza qarşı açıq və dürüst olun.   Aranızdakı bu ayrılığın onlar üçün heç bir rol dəyişkənliyi ol-madığını  izah edin. Ana ata və uşağının  sonrakı  həyatının necə da-vam  edəcəyi  haqqında onu başa salmalıdır. Uşaqları ilə bağlı hər mövzu da  bir  olmaları gərəkdir. Ayrılıqdan sonra uşaq kiminlə qalırsa qalsın uşaqları ilə bağı qopartmamalı və bu ayrılıqda uşağınıza tərəf  halı  yaratmamlısınız. Mənəvi cəhətdən onların öz duyğuları ilə  yaşamalarına  dəstək  olmalısınız.  Bəzi  boşanma  qərarı  alan  cütlüklərimizdə  bunu uşağa gec  deməyi   düzgün bir zamanda izah  etməyin  daha  doğru  olacağını  düşünürlər.  

Adətən  belə  düşünənlər ya uşaqın  bunu  çətin  qəbul  etməsindən  qorxarlar ya da necə izah edəcəklərini bilməzlər. Ona görə də qəti qərarınızı  aldıqdan sonra bunu övladınızla paylaşın. Uşaqlar valideyinlərinin yerini  başqası ilə əvəz etmək istəməzlər. Buda təbii haldır. Boşanmadan sonra qarşı tərəflərdən  hər hansısa biri  yeni  bir  münasibət qurursa bunu uşağınıza sakit və normal bir şəkildə izah etməyi seçməlisiniz. Bu, müxləlif  yaş  qrupuna aid uşaqlarda  fərqli  qarşılanır. Bəzən  yetkinlik  yaşına  çatmış  uşaqlarda  bu daha  asan qəbul  olunacağı düşünülür. Habluki  bu  yaş  dönəmində uşaq-ların  ən  çətin və həssas  dövrüdür. Qız uşaqlarında  bu  duyğusallıq, oğlanlarda isə aqresiv təsirlər yarada bilər. Hətta evdən uzaqlaşmağı  belə  düşünə  bilərlər. Buna görədə  diqqət edəcəyiniz  faktorlar:

  • Sevginizi, diqqətinizi, dəstəyinizi  hər zaman  hiss etdirəcəyinizə inandırmaq
  • Hər  cür  uşağınızın  problemlərində  bir araya  gəlmək
  • Keçmiş  həyat  yoldaşınızla  düzənli  bir  şəkildə  aranı  sabit  tutmaq  bu  mümkün deyilsə  belə  uşağınıza  bildirməməyiniz vacib şərtdir. Və unutmalısınız ki,  bu  onların  seçimi  deyil. Hər  bir  uşağın     valideyinləri   ilə  hər  zaman  bərabər olmağı haqqıdır.

               Pedaqoq-psixoloq : Türkan Cəfərova

 

 

 Adətə

                                                                 

                                                             





© 2015 foxy.azBütün hüquqlar qorunur.