"Mənlik orucu" tutursunuz?

06.06.2016

Nəfsin tərbiyə edildiyi Ramazan ayı insanın daxili aləminə yönəlməsi və öz içindəkiləri kəşf etməsinə səbəb olur. Oruc tutmaq orqanizmi və həzm sistemini istirahət etdirir. Bir növ detoks rolunu oynayaraq orqanlarımızı sağlamlaşdırır. Fiziki olaraq oruc tutmaqla yanaşı, bir də mənəvi cəhətdən də bu ay oruc tutmaq vacibdir. İnsanlığı, mənəviyyatı tapa bilmək üçün “mənlik orucu” tutmaq bizi mənfi hadisələrdən uzaq tutmağa kömək edir. Bəs bu “mənlik orucu” nə deməkdir? Gəlin, birlikdə daxilimizi mənfliklərdən xilas edən və bizi qoruyan “mənlik orucu”nu birlikdə kəşf edək.

“Mənlik orucu” ilə kim olduğunu kəşf et

İnsan ömrü boyu müxtəlif şərtlərdən qaynaqlanan səbəblərə görə “mən-mən” deyir. Bu mənlik isə sanki bir vitrindi və saxta mənlikdir. Orucun sayəsində insan bu vitrin mənliyin istəklərini, arzularını, ehtirasını bir kənara qoyaraq həm özü ilə bütünləşir, həm də, nəfsdən irəli gələn arzularını hiss edir, beyin olaraq bunlardan təmizlənir və özü üçün daha pozitiv düşüncə sistemi yaradır. İnsanlığı tapa bilmək üçün də, “mənlik orucu” tutmaq, özümüzü pisliklərdən sığortalamağımız vacibdir. Buna görə də, bu ayda biz, özümüzü təndiq etməli, bundan nəticə çıxarmalı, bizə neqativlik bəxş edən, həyatımızı limitləyən bütün inancları tapıb onlardan uzaqlaşmalıyıq.

Özünüzü tanımağa niyyət edin

Həyatımızda bizə ən çox problem yaradan nəfsimizdir. Bu nəfslərin ən pisi isə insanlara, ətrafa pislik etməkdir. Belə ki, bu zaman biz hər şeydən daha çox istəyir, hər şeyi daha çox edirik. Mədəmizin ehtiyacları, istək və arzularımız daha çox öndə olur. Nəticədə də, biz mənəvi və ya ruhən olan ehtiyaclarımızı gözardı edirik. Oruc isə bu pis nəfsə ağırlıq və çətinlik yaradır. Belə bir nəfslə yaşayan insan tənbəlliyə, hər şeyin asanına vərdiş edir. Nəfsinə qalib gəlməkdə ona kömək edəcək şeylərdən qaçır və bəhanələr uydurur. Əgər biz insanlar orucu nəfsimizə qalib gəlmək üçün bizə bəxş edilmiş hədiyyə kimi qəbul etsək, bu zaman özümüzə nəzarət etməyə başlayarıq. Özünə nəzarət edən insan isə nəyi niyə etdiyini, düşüncə tərzini, hərəkətlərini görər və analiz edər. Bu, nəfsin tərbiyəsi üçün çox vacibdir. Oruc tutmaq insanın düşüncə tərzinin inkişafına şərait yaradarkən, digər tərəfdən də, ruhu ilə təmasda olmasına da şərait yaradar. Buna görə də, Ramazan ayında zehinsəl, bədənsəl və ruhən olaraq bizi inkişaf etdirəcək şəkildə oruc tutmağa niyyət etməyimiz özümüzü tanımağa atılmış gözəl bir addımdır.





© 2015 foxy.azBütün hüquqlar qorunur.