Utancaq qızamsa nə etməliyəm?

18.05.2016

Siz ətrafınıza soyuq, əlçatmaz və məğrur təsiri bağışlaya bilərsiniz. Amma heç kim bilmir ki, bu “buz” görünüşün altında zərif və ünsiyyətcil qızcığaz obrazı yatır. Və yalnız siz bilirsiniz ki, həddən artıq utancaqsınız. Elə zamanlar olur ki, bu utancaqlıq “şüşədən cin çıxmış kimi” peyda olur və sizə çox maneə yaradır. Bu “cin”in üzərində işləmək olar. Necə? Sizə verdiyimiz məsləhətlərə əməl etməklə yersiz utancaqlıq hissinizdən azad ola bilərsiniz.

Utancaqlıq günah deyil

İlk növbədə sizi gəmirən utancaqlıq hissinə görə özünüzə işgəncə verməyi dayandırın. Çünki bizim bütün qorxularımız, qeyri-müəyyən hislərimiz sevgi başlayan yerdə bitir. Bu zaman həyatımızdakı hər şey çox təmiz, səmimi və real olur. Siz təvəzökarlıq və nəzakət kimi sadə hislərin ləyaqət hissi olduğunu başa düşməlisiniz. Bu hislərin heç biri mənfi cəhətlər deyil. Onların mənfi fikir olmasını beyninizə nə qədər çox yeritsəniz, bir o qədər daha çox sizi narahat edər. Nəticədə isə utanarsınız.

Gülümsəyin

Fikirləşirsiniz ki, bu ciddi məsləhət deyil? Yanılırsınız! Səhər yataqdan qalxıb təmiz ruhunuzla güzgüyə baxıb gülümsəyin. Alındı? Və sonra daha çox və həyatdolu gülümsəyin... Əslində, çox az insan bu kiçik sınağın öhdəsindən gəlib. Bəziləri gülümsəmək əvəzinə güzgüyə baxıb müxtəlif hərəkətlər edir (ağız-burun əyirlər), bəziləri üz əzələlərini işlədir, üçüncü növ insanlara isə səbəbsiz yerə gülümsəmək axmaqca hərəkət kimi gəlir. Yoxsa siz də düşünürsünüz ki, güzgüyə baxıb sadəcə özünüz üçün gülümsəmək, ofisdə və ya yolda tanımadığınız insanlara təbəssüm etmək axmaqlıqdır? Əmin olun ki, belə düşünən insanların ətrafı dar, ünsiyyətləri də az olur. Siz isə gülümsəməyə davam edin. Və özünüz nə qədər irəlilədiyinizin şahidi olacaqsınız.

Evdə oturmayın

Psixoloqlar lap çoxdan bu problemin utancaqlıq üçün əsas səbəb olmadığını bildirirlər. Sadəcə evdə oturan insanların ünsiyyət üçün yetəri qədər təcrübələri olmur. Yəqin ki, siz də tanımadığınız insanlar ətrafında olduqda ünsiyyətdən kənarda qalırsınız, söhbətə başlamağa çəkinirsiniz. Utancaqlıq hissinizə qalib gəlmək üçün bu probelminizi dəf etməyə çalışın və tanımadığınız mühitdə insanlarla ünsiyyətdə olmaqdan çəkinməyin.





© 2015 foxy.azBütün hüquqlar qorunur.