podium

Daun sindromlu model Madeline Stuart New York Moda Həftəsində - 2016

17.02.2016

Madeline Stuart 18 yaşı olarkən ilk dəfə keçən il New York Fashion Week-də  podiuma çıxdı və bir müddət media manşetlərindən düşmədi. Qeyd edək ki, Madeline ilk peşəkar Daun sindromlu modeldi. Onun model olması görünüşünə görə çox müzakirə olundu. Amma o, öz əzmi sayəsində bütün zəncirləri qıra bildi. 

Azərbaycan Dəb Həftəsində görüb bəyəndiklərim və görməli olduqlarım

05.12.2015

Qışın soyuğunda Bakı dəbsevərlərinin qəlbini məşhur dizaynerlərin 2016 yaz-yay kolleksiyalarının təqdim olunduğu dəb həftəsi qızdırdı.Çoxlarının, eyni zamanda mənim də səbrsizliklə gözlədiyim dəb həftəsi 30 noyabr-3 dekabr tarixlərində yeni istifadəyə verilmiş Boulevard Hoteldə baş tutdu.Dəb həftəsində həm yerli, həm xarici dizaynerlərin 2016 Yaz-Yay kolleksiyaları təqdim olundu. Bundan başqa tədbirdə təqdim olunmuş Pop-Up Store dəbsevər qonaqlara həm yerli, həm xarici dizaynerlərin geyim və aksessuarlarını əldə etmək imkanı verdi.

İngiltərə Moda Mükafatı 2015

24.11.2015

İngiltərə Moda Mükafatı 2015 Londonda öz sahiblərinə verildi. Karl Laqerfeld moda sahəsində nailiyyətlərinə görə mükafatlandırılıb, fotoqraf Nik Nayt qlobal moda sənayesinin inkişafına verdiyi töhfəyə görə İzabella Blou mükafatını qazandı.

Bakı Dəb Həftəsi – 22 noyabr

23.11.2015

19-22 noyabr tarixlərində “Kempinski” otelində baş tutan “Bakı Dəb Həftəsi” dünən final çıxışlarını təqdim etdi. Gecənin açılışını məşhur Latviya brendləri “Anna Led”, “Coo Culte”, və “Narciss”etdilər. Ardınca yerli dizaynerlərimiz Gülşən Mehdiyeva, Dəniz və Gülşən Tağı öz yeni kolleksiyalarını izləyicilərə təqdim etdi.

Bakı Dəb Həftəsi– 20 noyabr

21.11.2015

Paytaxtın dəbsevərləri 19 noyabrda start götürən və 4 gün “Kempinski” oteldə keçiriləcək Bakı Dəb Həftəsinə qonaq ola biləcəklər. Dünən baş tutan nümayişin ikinci günündə  Eka Balanchivadze, Ali Shahin və “Diamond Wedding” kolleksiyalarını izləyicilərə təqdim etdi.

© 2015 foxy.azBütün hüquqlar qorunur.