Süd vəzilərinin böyüdülməsi və sərtləşdirilməsi

03.12.2015

Qadınların süd vəzilərinin həcmini böyütmək arzusu olduqca sıx rastlanılan bir vəziyyətdir. Süd vəzilərinin lazımi qədər inkişaf etməməsi,  arıqlama və ya süd vermə nəticəsində süd vəzilərinin həcminin kiçilməsi, xanımların arzu etdikləri həcmdən daha kiçik süd vəzi həcmi ilə nəticələnir. Bu hallarda plastik cərrahlar silikon protezlərdən  (xalq arasında silikon olaraq bilinən) istifadə edərək “augmentasyon mamoplastika “ yəni süd vəzilərinin böyüdülməsi, sərtləşdirilməsi və çox sallaq olmayan süd vəzilərinin bir qədər dikləşdirilməsi  əməliyyatını  icra edirlər.  

Həddi- buluğ çağından sonra süd vəzilərinin inkişafını tamamlamış 18 yaşdan yuxarı xanımlara, çəki vermə sonrası stabil bir kiloda olan, hamiləlik və süd vermədən sonra 6-9 ay keçən hər xanıma, əgər anesteziya almasına maneə olacaq hər hansı bir xəstəlik yoxdursa bu əməliyyat icra oluna bilər. Əməliyyat öncəsi bədən ölçüləri, süd vəzilərinin həcmi və arzu olunan süd vəzilərinin həcmi müəyyənləşdirildikdən  sonra uyğun silikon protez seçilir. 

Silikon protezlər, xaricində sərt bir silikon qabığı və içində daha axışqan silikon maddəsi olan və  müxtəlif xüsusiyyətlərə sahib implantlardır. Protezlərin həcmi, səthi (düz, pürtüylü), şəkli (yumru, damla), möhtəviyyatı (serum fizyolojik, silikon vəya kohesive gel) silikon protezlərin əsas xüsusiyyətlərindən bəziləridir. 

Silikon protezlərin böyüklüyü silikonların eni, boyu və proyeksiyasından asılıdır. Protez seçimi, aparılan müayinə sonrası sinənin genişliyi, süd vəzilərinin alt hissəsinin genişliyi, arzulanan həcm və forma diqqətə alınaraq qərar verilir.

Süd vəzilərinin üst hissələri daha boş olan xanımlarda adətən yumru silikonlar, üst hissəsində yetərli toxuma olan xanımlarda damla şəkilli silikonlardan istifadə edilir.

Silikon protezləri süd vəzilərinə yerləşdirmək üçün qoltuq altı nahiyyədən, gilə ətrafı toxumadan, süd vəzi alt hissəsindən və göbək ətrafında aparılan çapıqdan istifadə edilir. Protezlər süd vəzilərinə süd vəzi toxuması altına və əzələ üzərinə , əzələ üstlüyünün altına, əzələ altına vəya “dual plane” dediyimiz silikon protezin bir hissəsi əzələnin bir hissəsində süd vəzi toxuması altında olacaq şəkildə yerləşdirilə bilər. Hər bir metodun özünə görə müsbət və mənfi yönləri vardır. Lakin yetərincə süd vəzi toxuması olmayan xəstələrdə protezin əzələ altına yerləşdirilməsi daha yaxşı və təbii nəticələr verməkdədir. 

Aparılan araşdırmalar, silikon protezlərin nə xərçəngə nə də başqa bir xəstəliyə yol açmadığını göstərmişdir. 

Süd vəzi böyütmə əməliyyatları ilə xanımlarımızın əldə etdiyi uyğun ölçü və forma ilə özlərini daha gözəl və cazibəli hiss etmələri, özünə olan güvənin artması, sosial həyatlarının daha yaxşı olduğu, partnerləri ilə daha xoşbəxt olduqları  və istədikləri libasları geyinərək daha komfortlu bir yaşama qovuşduqları aşikardır.

HB Güvən klinikası-nın Plastik-Rekonstruktiv və Estetik cərrahı Uzman. Dr. Elçin Abdullayev

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.