Süd vəzi müayinəsi

03.11.2015

Dünya səhiyyə təşkilatı 20 yaşdan sonra hər bir qadının süd vəzilərini müayinə etməsini tövsiyyə edir. Klinik müayinədə qadının ilk olaraq güzgü qarşısında qolları yana açılaraq süd vəziyə baxılır. Bu müayinədə süd vəzi simmetriyasına, dərisinin görünüşünə (portağal görüntüsü, dəridə ləkələr, rəngin dəyişməsi) diqqət yetirilir. Eyni zamanda süd vəzi giləsinin görünüşü önəmlidir: gilədə yara, qabıq, axıntının olması. 

Sonra qadın uzanmış vəziyyətdə süd vəzilərinin əllə müayinəsi aparılır. Əllə süd vəzinin ağrılı olması, hər hansı kütlə varsa onun sərt və ya yumşaqlığı, hərəkətliliyinə baxılır. Bu müayinədə həmçinin qoltuqaltı nahiyyələr yoxlanılır.

Süd vəzi xəstəliklərinə mastit, süd vəzi törəmələri, kistik xəstəliklər aiddir. Süd vəzi törəmələri bəd və xoşxassəli olmaqla 2 yerə ayrılır.

Xoşxassəli xəstəliklər arasında fibroadenoma tez-tez rast gəlinir və daha gənc yaşlarda olur.

Bədxassəli xəstəliklər süd vəzi xərçəngi və sarkomasıdır. Ən çox təsadüf edilən süd vəzi xərçəngidir.

Süd vəzi dərisində büzüşmə, assimetriya, ağrısız şişkinlik, gilənin içəriyə çəkilməsi, süd vəzi giləsindən axıntı, gilədə çatlar süd vəzi xərçənginin əlamətləridir.

Risk qrupundakı qadınlar:

- anada, bacıda süd vəzi xərçənginin olması

- 50 yaşdan yuxarı

- süd vəzi xərçəngindən müalicə görmüş

Az risk qrundakı qadınlar:

- 55 yaşdan yuxarı davam edən menstrual yaşam

- 35 yaşdan sonra doğmuş

- heç doğmamış

- erkən(12 yaşdan kiçik) başlayan  aybaşı

- aspirasiya olmuş kist

Süd vəzi müayinə metodları:

35 yaşdan aşağı qadınlarda ilk istifadə edilən müayinə süd vəzinin ultrasəs müayinəsidir. Ultrasəs insan sağlamlığına zərəri olmadığı üçün günümüzdə istifadə edilən noninvaziv müayinədir. Hamilələrdə də istifadə etmək olur. Süd vəzi silikonlarında sızıntı və yırtığın olmasında da ən ideal müayinə metodudur. Süd vəzi kistlərində, solid-kistik törəmə ayrımında, süd vəzi əməliyyatı qabağı və biopsiyalarda bu müayinədən istifadə edilir.

Amerika Xərçəng Dərnəyi 40 yaşdan yuxarı qadınlarda mammoqrafiya ilə təqib məsləhət görür. Mammoqrafiya süd vəzinin rentgen müayinəsidir. 1-ci dərəcəli qohumlarda(ana, bacı) süd vəzi xərçəngi varsa, qohumların xərçəng olduğu yaşdan 10 yaş əvvəl izlənməyə başlanmalıdır.

Mərkəzi Gömrük Hospitalı-nın US və Mammoqrafiya üzrə mütəxəssisi Dr. Tükəzban Abdullayeva





© 2015 foxy.azBütün hüquqlar qorunur.