Evlilik öncəsi lazım olan müayinələr

05.10.2015

Ailə - cəmiyyətin təməlidir. Sağlam nəsilləri yetişdirmək üçün sevgi, hörmət, sədaqət və güvən mühitinin təsis edildiyi təşkilatdır. Sağlamlığın əhəmiyyətli hissəsi də reproduktiv sağlamlıqdır. Evlilik öncəsi edilən müayinələr haqqında "HAYAT Clinic Tibb Mərkəzi" - nin həkimi Mama - Ginekoloq Nərminə Əskərova Foxy oxucuları üçün məlumat verir.  

Azərbaycanda qohum evlilikləri çox olduğu üçün evlilik öncəsi müayinə şərtdir. Bu xəstə uşaqların anadan olması riskini azaldır.  Həmçinin cinsi yolla keçən xəstəliklərin öyrənilməsi üçün də faydalıdır. 


Evlilik zamanı meydana çıxan sağlamlıq riskləri:
1. İnfeksion xəstəliklər: cinsi yolla ötürülən xəstəliklər (xlamidioz, süzənək, HİV/AİDS, sifilis), Hepatit B, Hepatit C, vərəm və s
2. İrsi (genetik) xəstəliklər: xromosom anomaliyaları, hemoglobinopatiler, talasemiya, metabolik xəstəliklər və s
3. Qan (rezus) uygunsuzluğu
4. Psixiatrik xəstəliklər.

Məsləhət görülən müayinələr: qan qrupu (ana ilə ata arasında ola biləcək qan uygunsuzluğu təyin etmək üçün aparılır), hepatitlər (Hbs Ag, Anti Hbs), AIDS cəhətdən (Anti HIV), Sifilis cəhətdən (kart-test).

Qan uygunsuzluğu qan qrupu ilə deyil, qandakı Rh faktoru ilə əlaqədardır. Yalnız qadının Rh mənfi, kişinin isə Rh müsbət olduğu vəziyyətlərdə meydana gələ bilər. Müayinələrdən sonra lazımi müalicə tələb oluna bilər.
Hər kəs evlənərkən ailə sağlamlığı barədə məsuliyyət daşıyır. Evlilik öncəsi müayinə xəstəliklərin yoluxma risklərini azaldır, uşaqların sağlam olmasına şərait yaradır. Tibbi müayinənin tətbiqi - gələcək nəsillərin sağlamlığının qayğısına doğru böyük bir addımdır.





© 2015 foxy.azBütün hüquqlar qorunur.