Fərqli dadları sevənlər üçün: Bakıda gedəcəyiniz etnik restoranlar

06.08.2016

Ağız dadını tez-tez dəyişməyi, fərqli dadları sevənlər üçün paytaxtımızda seçim çoxdur. Fərqli ölkələrin təamlarını dadmaq üçün uzun yol qət edib, çox pul xərcləməyə ehtiyac yoxdur. Təqdim edəcəyimiz etnik restoranlara getməklə sevdiyiniz ölkələrin mətbəxlərini dada bilərsiniz.

Cənub-Şərqi Asiya: ChiNaR və Buddha-Bar Baku

Hər iki restoranda siz əla nahar edə, dadlı kokteyl içə bilərsiniz. Bir sözlə, hər iki restoranda keyfiyyətli yemək seçimi boldur. Çinarda siz dadlı barbekyu, qril-seti, köri sifariş edə, Buddha- da isə Thai şorbası, badımcandan əla salat, Pekin ördəyi və suşi yeyə bilərsiniz.

İspaniya: El Portalon

İspaniya mətbəxinin dadına baxmaq üçün İspaniyaya getməyə gərək yoxdur. Bayraq meydanında yerləşən El Portalon mətbəxi sizə İspaniya küləyini ləziz yeməklərlə birlikdə hiss etdirəcək. Bu məkan qırmızı şərabı, tapas barı və yalnız cümə axşamı təqdim edilən doyurucu paellası ilə məşhurdur.

Hindistan: Maharaja İndian Restaurant-Baku Azerbaijan

Pafosa ehtiyacı olmayan unikal məkan. Restoranın ikinci mərtəbəsində ingilis pub-ı var, siqaret çəkmək isə olmaz. İstiotlu Hindistan mətbəxi sizi valeh edəcək. Burada siz ədviyyatlı körinin, çapatinin, karaxinin, Tika Masalanın, palak panirin dadına baxa bilərsiniz.

Çin: The Great Wall Chinese Restaurant

Məkan yeməkxana təsiri bağışlayır. Amma yenə də, şans vermək olar. Əsl Çin mətbəxinin dadına baxmaq üçün bundan yaxşı yer tapa bilməyəcəksiniz.

Baltikyanı ölkələr və Orta Asiya: İntourist Hotel Baku, Autograph Collection

Yarım il olar ki, oteldə dadlı yeməklər olar restoran fəaliyyət göstərir. Dörd ölkənin mətbəxi olsa da, otel daha çox, Baltikyanı ölkələr və Orta Asiya mətbəxilə məşhurdur. Menyuda Skandinaviyanı xatırladan xüsusi buterbrodlar, Litva çepellinləri və “Kama” deserti diqqət cəlb edir. Orta Asiya mətbəxindən isə Özbəkistan xüsusilə seçilir.

Meksika: Maya Mexican Restaurant & Bar

Dadlı faxitos, burrito və tapas dadmaq istəsəniz Maya restoranına getməyiniz yetərlidir. Yeməklərdən Meksikan musiqilərinin müşaiyətilə həzz alacaqsınız.

Yaponiya: Chio Chio San

Bakıda ən dadlı suşi harda verilir? Təbii ki, Chio Chio-da. Yox, əgər ürəyiniz suşi yox, yapon şirniyyatının dadına baxmaq istəsə, o zaman yaşıl çay ilə pendirli keksin dadına baxa bilərsiniz.





© 2015 foxy.azBütün hüquqlar qorunur.