Pizzanın ən yaxşı ünvanları

29.07.2016

Həftə sonunu evdə keçirmək istəməyən ağız dadına düşkün pizzasevər oxucularımız üçün pizzanın ən dadlı adreslərini sıraladıq. Sadəcə Pizza deyib keçmək olmaz. Xəmirindən sousuna qədər incəliklə hazırlanan, İtalyan mətbəxinin imtina edilməsi mümkün olmayan pizzaları dadmaq istəyirsinizsə siyahiya göz gəzdirin.

Pizza deyincə ağlınıza ilk nələr gəlir? Mənim, incə bir Pizza xəmiri üstünə səpilmiş; kolbasa, sosiska, bibər, pendir, göbələk və daha çox inqridient ... Pizza, İtalyan mənşəli xemirlə hazırlanan fastfooddur . İlk pizza Cənubi İtalyanın Campania bölgəsində yerləşən Napolidə kəndlilər tərəfindən pomidorlu və mozarellalı pendiri ilə hazırlanmışdı. İlk Pizza Ustası Napoli"li Port"Alba-dır. Daha sonraları Amerikaya da gedib çatan bu ləziz İtalyan dadı, İkinci Dünya müharibəsi zamanı dilim olaraq satılmağa başlayanda məşhurluğu daha çox artmışdır.

İndiki vaxtda ən sürətli istehlak edilən qidalar arasında yer alan pizzanın sizlər üçün ən yaxşılarını sıraladıq.

Vapiano Baku

Vapianonun menyusunda yeni ve dadlı pizzalar sizi heyrətləndirəcək. Vetçina, dadlı və şirəli şaftalı, mozarella pendiri , ədviyyatlı sousu və yaşıl soğan. Təzə, dadlı və ən əsası tam müxtəlif! Bir dəfə dadına baxın və əmin olun ki, yenə dadmaq istəyəcəksiniz. Burada təkcə pizza yox həm də italyan mətbəxini sevənlər üçün dadlı və zəngin italyan menyusu sizi gözləyir.

Tarhun

Şəhərin mərkəzində yerləşən bu məkan fərqlı dadları ilə xidmətinizdədir. Yeni fəaliyyət göstərməsinə baxmayaraq olduqca gözəl atmosferi, dekorasiyasi ilə sizi heyran edəcək. Və əgər xüsusuilə pizzasevər biriysəniz bu məkana mütləq baş çəkməlisiniz. 

Bella Napoli Ristorante Napoletano

İtalyan mətbəxi sevənlərin seçimi olan öz keyfiyyətini həmişə göstərən bu məkan pizzasevərlərə ənənəvi pizzalarla berabər yeni ləzzətlər də təqdim edir. Bella Napoli hər zaman fərqli dadlarla müştərilərini həm təəccübləndirməyi, həm də onların üzünü güldürməyi bacarır. Bu məkanda pizza dadmağı sizlərə təklif edirik. Ağız dadınıza uyğun pizzaları burada seçə bilərsiz.

Papa Johns Pizza Azerbaijan

Super Papa - sevdiyiniz inqrediyentləri bir araya gətirən pizzadır! Pepperoni, italyan sosisi, mal ətindən vetçina, göbələk, yaşıl bibər, zeytun və mozarella. Nuş olsun! Gecəyarısı belə könlünüzə pizza yemək düşsə zəng edib sifariş edə bilərsiz.

Casual Brasserie Cafe and Bar

Könlünüzdən pizza yemək keçirsə ilk ağlınıza gələn məkanlardan biri də Casual Brasserie olmalıdır. Bakıda kiçik ama sevimli məkan olan casual Brasserie- də siz ağız dadınıza uyğun pizza dada bilərsiz. Burada hazırlanan pizzaların həm qoxusu həm dadı sizi valeh edəcək.





© 2015 foxy.azBütün hüquqlar qorunur.