Bakıda dondurmanın ən yaxşı ünvanları

26.07.2016

Uşaqlığımızın yay günlərindən qalan, imtina edə bilmədiyimiz bir ləzzətdir dondurma… Dondurma deyəndə ağıla gələn ənənəvi dondurmalarla yanaşı bu siyahıya hər gün yeni-yeni ləzzətlər də elavə olunur. Üstəlik əvvəllər dondurma yemək üçün səbirsizliklə yayı gözləyirdiksə indi ilin bütün fəsillərində dondurma yemək mümkündür. Bıçaqla kəsilə biləcək tərzdə Türk dondurmalarından tutmuş İtalyan üsulu ipək kimi ağızda əriyən ləzzətli dondurmaların ən ləzzətli adreslərini sizin üçün sıraladıq.

MADO

Madonun rahat atmosferində oturub dincələrkən həm də ənənəvi Türk maraş dondurmasından dada bilərsiniz. Mado hər zamanki kimi dondurma sənətini yaşadır. Burada dondurmalarınızı həm individual, həm də desertlərlə birlikdə dada bilərsiz.

C`Ad`oro ice cafe

C`Ad`oro ice cafe de otur - biraz dincəl, atmosferdən həzz al...İtalyan dondurmasının ləzzətini dad. Yayın isti günlərində yay əhval-ruhiyəsini daha da yüksəltmək üçün bu sərinlədən dondurmalar sizə kömək olacaq.

Paris Bistro

Bu məkanda da siz dostlarınızla birlikdə əyləşib dadlı desertlərə elavə olunan meyvəli vanilli dondurmalardan həzz ala bilərsiz.

Tosca - Cafe & Enoteca

Yay mövsümündə ən yaxşı sərinlənmək üzullarından biri də əlbəttə ki, əsl italyan dondurmalarıdır. Burada dondurmalar süddən, qaymaqdan, giləmeyvələrdən hazırlanır. Ağız dadınıza uyğun dondurmanı burada tapa bilərsiz.

Cafe City

Bu məkan Bakıda İtalyan dondurmasın ayağınıza qədər gətirən bir məkandır. Həm gözəl konsepti, həm də öyrəşdiyimiz dondurma ləzzətləri ilə burada sərinləyə bilərsiz.

Boombalambuz

Burada həm mövsümə, həm də ağız dadınıza uyğun olaraq və fərqliliyi sevənlər üçün qarpızlı qar dondurmanın dadına baxa bilərsiz.

Özsüt

Vişneli, vanilli ve ya şokoladlı dondurma... Heç dadmısınızmı? Dadmamısınızsa o zaman Özsütə üz tuta bilərsiz. Müxtəlif ləzzətlər sevən hər bir isan burada ağız dadına uyğun dondurma tapa bilər.

Tarhun

Hər keçən gün menyusuna bir yenisini əlavə edən dadları ilə Bakının ən çox baş çəkilən məkanlarından olan Tarhunda işdən sonra dadlı dondurmalardan dadıb sərinləyə bilərsiz.





© 2015 foxy.azBütün hüquqlar qorunur.