Arzuolunmaz tüklərin düşməni Medical City!

12.12.2017

Gözəl, qüsursuz görünmək biz xanımlar üçün bəlkə də, ən başlıca meyarlardandır. Bunun üçün istəyirik ki, istər geyimimizdə, istərsə də dərimizdə hər şey qaydasında olsun. Amma bəzən arzuolunmaz tüklər bu işdə kefimizə soğan doğrayır. Təbii ki, heç narahat olmağa dəyməz. Çünki sizi bu sahədə özünüzü təslim edəcəyiniz Medical City ilə tanış edirik.

Arzuolunmaz tüklərdən uzunmüddətli yaxa qurtarmaq bir az vaxt aparır, həm də etibarlı yerdə etdirmək lazım gəlir. Bəzilərimiz təmizlik, ağrısızlıq, keyfiyyət və təcrübə baxımından hər yerə əmin ola bilmirik. Və kosmetoloq da hər bir müştərini qane etməlidir. Peşəkarlıq və ünsiyyətcillik hər kosmetoloqda olmayan cəhətdir. Amma çoxlarının və özümüzün nəticəsindən yola çıxaraq Medical City-nin bu işdə sizə məsləhətli yer olduğunu deyə bilərik. Burada siz həkim - kosmetoloq tərəfindən steril, işıqlı otaqlarda, ən yeni avadanlıqlarla və ən əsası da Candela Gentlelase Pro lazer aparatı ilə arzuolunmaz tüklərinizdən yaxa qurtara bilərsiniz. Epilyasiya zamanı hər kəsə individual lazer başlıqlarından istifadə olunur. Bu nüans da təbii ki, hər qadın üçün üstünlük kimi qiymətləndirilir.

Medical City-də epilyasiyanın bir üstünlüyü də onun aparatındadır. Bu aparatla ən zəif, xırda tüklər belə təmizlənir. Epilyasiyadan sonra dəridə qızarıqlıq, ləkə, qırmızılıq qalmır. Ağrısız, sürətli və təhlükəsiz formada tüklərə əlvida deyəcəksiniz. Həm də qeyd edək ki, Medical City-də hazırda
bütün bədən üçün endirimli epilyasiya xidməti mövcuddur.

Qeyd edək ki, bu mərkəz epilyasiya üçün sizə hər dəfə müxtəlif aksiyalar təqdim edir. Bütün bədən epilyasiyasını siz burada cəmi 85 azn-ə etdirə bilərsiniz. Bir sözlə, Medical City hərtərəfli sizi rahatlıq, gözəllik və sağlamlıqla təmin edir.

Əgər yolunuzu Medical City-dən salmaq istəsəniz, ünvanı sizə xatırladırıq:

Fizuli küçəsi, 49 Qış Parkının yanı.
https://www.facebook.com/MedicalCityAzerbaijan/





© 2015 foxy.azBütün hüquqlar qorunur.