Gözəlliyinizin və sağlamlığınızın ünvanı – Medical City

06.07.2017

Biz xanımlar gözəlliyimizin və sağlamlığımızın qeydinə qaldığımız kimi, rahatlığımızı da çox sevirik. Bütün bunları təmin edən məhsulları isə axtararkən hamısının bir yerdə olmasını, elə oradan alıb evə getməyi arzu edirik. Və bir də gözəlliyimizin qeydinə də, qalırsa bu yer lap sevimlimiz ola bilər. Paytaxtımızda da belə yerlər demək olar ki, yox dərəcəsindədir. Həm gözəllik, həm tibbi məhsulları, həm də gözəlliyimizi təmin edən prosedurların olduğu yer tapmaq çətindir. Amma biz sizi paytaxtımızda yerləşən belə bir məkanla – Medical City ilə tanış edirik. Əminik ki, oranı bizim kimi, siz də sevəcəksiniz.

Medical City nədir?

Medical City aptek olmaqla yanaşı, müalicəvi kosmetik məhsulların, diyetik və diabetik məhsulların, ana və uşaq üçün qulluq vasitələrinin, optik və gün eynəklərinin, ortopedik və tibbi avadanlıqların, idman məhsullarının, kosmetoloqun, lazer epilyasiyanın olduğu şəhərcikdir. Üstünlüyü isə 7 gün 24 saat işləməklə, pulsuz çatdırılma xidmətinə də malikdir. Bu xidməti isə mərkəz hər gün səhər 9:00-dan 21:00-a qədər yerinə yetirir. Pulsuz çatdırılma xidmətindən yaralanmağın yeganə şərti isə etdiyiniz sifarişin 20 azn təşkil etməsidir.

Medical City – də hansı müalicəvi kosmetik məhsulları əldə etmək olar?

Medical City-də ayaq və əllərinizin qulluğu üçün Almaniyanın məşhur Gehwol firmasının məhsullarını, Bioderma məhsullarını, saç tökülməsinin qarşısını alan Bioxsine məhsullarını, Vichy-nin günəşdən qoruyan kremlərini, fransız brendi Phyto məhsullarını əldə edə bilərsiniz.

Medical City-də epilyasiyanın üstünlüyü

Yayda xoşagəlməz tüklər qadınların birinci düşmənidir. Onu uzunmüddətli aradan qaldırmaq bir az vaxt aparır, həm də etibarlı yerdə etdirmək lazım gəlir. Bunun üçün Medical City sizə məsləhətli yerdir. Burada siz həkim-kosmetoloq tərəfindən steril, işıqlı otaqlarda, ən yeni avadanlıqlarla və ən əsası da Candela Gentlelase Pro lazer aparatı ilə arzuolunmaz tüklərinizdən yaxa qurtara bilərsiniz.

Bəs bu aparatın üstünlüyü nədir?

Bu aparatla ən zəif, xırda tüklər belə təmizlənir. Epilyasiyadan sonra dəridə qızarıqlıq, ləkə, qırmızılıq qalmır. Ağrısız, sürətli və təhlükəsiz formada tüklərə əlvida deyəcəksiniz. Həm də qeyd edək ki, Medical City-də hazırda bütün bədən üçün endirimli epilyasiya xidməti mövcuddur. Endirimli epilyasiyanı mərkəz sizə 85 azn-ə təklif edir. Bir sözlə, Medical City hərtərəfli sizi rahatlıq, gözəllik və sağlamlıqla təmin edir.

Əgər yolunuzu Medical City-dən salmaq istəsəniz, ünvanı sizə xatırladırıq:

Fizuli küçəsi, 49 Qış Parkının yanı.

https://www.facebook.com/MedicalCityAzerbaijan/





© 2015 foxy.azBütün hüquqlar qorunur.