“Sevgililər Günü”nü Bakıda romantik qeyd edəcəyiniz yerlər

06.02.2017

“Sevgililər Günü” yaxınlaşır. Yəqin ki, cütlüklərin çoxu həmin günü necə qeyd edəcəkləri barədə planlar qurur, kimisi sevgilisinə, həyat yoldaşına surpriz etməyi düşünür. Bu dəfə 14 fevral həftə içinə təsadüf etdiyindən bir çoxlarınız çox güman ki, şəhərdən kənara çıxa bilməyəcək. Biz də, məhz sizi düşünüb “Sevgililər Günü”nü Bakıda harada maraqlı keçirə bilərsiniz araşdırdıq.

Love gives a chance once – Valentine’s Day dinner

Sevgilinizlə gözəl süfrə arxasında yemək yeməyi sevirsinizsə və bunu evdən kənarda etmək istəyirsinizsə 14 fevralda yollanırsınız JW Marriott Absheron Baku- ya. Burada sizi Fireworks Urban Kitchen-də 5 təamdan ibarət xüsusi şam yeməyi gözləyir.

Əyləncə: canlı musiqi

İki nəfərlik qiymət:

180 AZN çay və qəhvə daxil

260 AZN şərablar daxil

Daha ətraflı məlumat və masa sifarişi üçün +994 12 4998888 nömrəsi ilə əlaqə saxlayın.

Valentine’s Day With Bella Pizza

Bella Pizza sizi “Sevgililər Günü”nü əsl İtalyan romantikası ab-havasında keçirməyə dəvət edir! Zərif xəmir üzərindəki təsviredilməz dad sahəsi, səmimi dost təbəssümü və xüsusi qonaq olan DJ Ruff-un ifasında ən sevilən treklər sizi gözləyir! Gözəl gün 20:00-da başlayacaq və saat 22:00-dək həmin gündən həzz almağa davam edəcək!

Live! Laugh! Love!

Sevgililər Günü Chingiz Mustafayev və Palmas qrupunun iştiraki ilə Exclusive Live Show.  “Sevgililər Günü”nü ispan mahnıları, Flamenko, Latino müşayiətilə qeyd etmək arzusundasınızsa 14 Fevral saat 19:00-da Velluto Restaurant and Bar sizin yolunuzu gözləyir. Eyni zamanda bugün Chingiz Mustafayev və Palmas qrupunun iştirakı ilə Exclusive Live Show-da olacaq. 

Nəfis yeməkdən , istəyə görə fərqli içkilərdən ibarət bir nəfərlik menyunun qiyməti150 AZN-dir.

Yerlər məhdud olduğundan erkən rezervasiya mütləqdir.

Tel: +99412 505-50- 60

Tel: +99412 505-50- 70

Mob: +99450 245-39- 93

Mob: +99450 496-96- 99

Charming Valentine’s Day

“Sevgililər Günü”nü romantik əhval-ruhiyyədə sevgiliniz ilə birlikdə keçirtmək üçün Park Inn by Radisson-da yerləşən Glory Restoranı yaxşı seçim ola bilər. Canlı musiqi ilə 4 təamdan ibarət xüsusi şam yeməyindən bir nəfərlik cəmi 99 AZN ödəməklə zövq alın. Spirtsiz içkilər daxildir. Günün xüsusi təklifi: ikinci nəfər üçün cəmi 1 AZN ödəyə bilərsiniz. Masa sifarişi və əlavə məlumat üçün +994 77 2703516 nömrəsinə zəng vura bilərsiniz.

Enhance Romane on Valentine’s Day in Bistro

“Bistro” restoranının möhtəşəm ab-havasında sevdiyiniz insanla “Sevgililər Günü”nü qeyd etmək şansınız ola bilər. Xüsusi axşamınız şam işığında dörd çeşid yeməkdən ibarət menyu ilə başlayacaq və ardından cürbəcür ləzzətli desertlər, Günay Əmədovanın valehedici ifası ilə müşayiət olunacaq. Əsl sevgi və ehtirasın rəmzi olan qızılgüllər sevgi dolu axşama müqayisə olunmaz dərəcədə romantik ab-hava qatacaq. Bir nəfər üçün qiymət – 125 AZN (qiymətə dörd çeşid yemək, qarşılama içkisi olaraq bir qədəh sanqria və alkoqolsuz içkilər daxildir)

Xüsusi təklifdə :

Əgər sevdiyiniz insanla təklikdə zaman keçirmək istəyirsinizsə, “Bistro”nun təravətli güllər və şamlarla bəzədilmiş özəl otaq təklifindən yararlana bilərsiniz. Bu məkanda da eyni menyudan zövq ala bilərsiniz. Birbaşa mesaj vasitəsi ilə yazaraq “Sevgililər Günü” menyusunu öyrənə və 012 565 4848 nömrəsi ilə əlaqə saxlayaraq masa sifariş edə bilərsiniz.





© 2015 foxy.azBütün hüquqlar qorunur.