Bakının ən yaxşı burqerləri

23.01.2017

Elə bir dövrdə yaşayırıq ki, hamı tez-bazar başa gələn qidalara üstünlük verir. Düzdür, bu cür qidaların sağlamlığa zərərlii olduğu dəfələrlə vurğulanır. Amma insanlar hələ də, bu ləzzətlərdən imtina edə bilmirlər. Xüsusilə də, hərəkətli iş həftəsində əldə yeyiləcək belə yeməklər çox yerinə düşür. Biz də, düşündük ki, tez- bazar qidaları onsuz da, qəbul edirik. Bəs ən dadlı burqerləri harada yeyə bilərik?

Bunun üçün kiçik araşdırma etdik və Bakının ən yaxşı burqer təqdim edən məkanlarını sizə təqdim edirik.

Topkimi

Burada burqeri qrilin sehrli təsirini hiss edəcəyiniz şəkildə “topkimi” hazırlayırlar. Bu sehri açmaq üçün ən azı üç növ burqerin dadına baxmalısınız – inək əti, toyuq və göbələkli burqer.

Hard Rock Cafe Baku

Rock n roll naharı üçün Hard Rock Cafe Baku yaxşı seçimdir. Xüsusilə də, burada nahar menyusuna burqer də daxildir. Pendir həvəskarları burada “The big cheeseburger” dada bilərlər. Hard Rock Cafe Baku bizə göbələk və İsveç burqeri kimi dadlı burqerlər də təklif edir.

PIVANAYA APTEKA

Əminik ki, yaxşı burqerin yanında pivə də içmək istəyənlər çoxdur. PIVNAYA APTEKA da sizi yaxşı başa düşür və sizi üçün geniş çeşiddə burqerlər təqdim edir. Burada siz toyuq ətilə olan burqerin və yeni acılı Mexican Chili burqerin dadına baxa bilərsiniz.

M’EAT

Burada burqerdə seçim çox deyil. Amma əvəzində burqerləri çox dadlıdır. Bazar günü isə burada “Burqer günü”dür. Yəni, bir burqeri sifariş edən, ikincini ödənişsiz əldə edir. “Double” burqeri yoxlamağınız məsləhətlidir.





© 2015 foxy.azBütün hüquqlar qorunur.