Bakıda ən dadlı tortların ünvanları

26.08.2016

Yəqin ki, aramızda gözəl, dadlı torta yox deyən olmaz?! Bir dilim yüngül, dadı damağımızda qalacaq tort uşaqdan tutmuş böyüyə qədər hər kəsin arzuladığı desertdir. Əksəriyyətimiz çox güman ki, vaxt çatışmazlığından, ya da ki, hansısa səbəbdən heç kimin imtina etməyəcəyi bu ləziz deserti evdə hazırlaya bilmir. Belə olduqda iş qalır güvənilən şirniyyat dükanından almağa. Bəs Bakıda ən dadlı tortları haradan əldə etmək olar? Biz sizə şəhərimizdə ən dadlı tortların ünvanlarını araşdırdıq.

Azza Cake House

Azzanın adı 8 ildir ki, çoxlarımıza məlumdur. Əla dadı və yüksək keyfiyyətli məhsulları ilə bizə ləziz təamlar bəxş edən Azza şirniyyat evi təbii inqrediyentlərdən hazırlanan, nəfis dizaynı ilə gözoxşayan tortların da ünvanıdır. Könlünüzdən təbii məhsullarla hazırlanan, dadı damağınızda qalacaq, eyni zamanda da yüngül tərkibli tort dadmaq keçsə, onu asanlıqla Azza Cake House- dan əladə edə bilərsiniz. Qiyməti də hər cibə uyğundur.

Janna Cake House

Janna Cake House-u kekslərdən tortlara, paxlava və ruletlərdən ətli blinçiklərə qədər olan əfsanəvi yer adlandırmaq olar. Janna Cake House-un tortlarından dadmaq istəsəniz pirojnaları ilə işə başlayın. Daha sonra isə əminliklə Napoleon ya da ki, meyvəli tortlardan sifariş edəcəyinizə şübhəmiz yoxdur.

VIVA Desert

Un məmulatlarında alman keyfiyyətinin, fransız zərifliyinin, Belçika şokoladının, Şərq şirniyyatlarının, xüsusi tortların dadını bir ünvanda tapmaq istəsəniz, Viva Şirniyyat Evi gedəcəyiniz ünvandır. Tortlarına isə söz ola bilməz. Xüsusilə də, meyvəli, yüngül kremli, yumşaq biskivitli, ağızda əriyən dondurmanı xatırladan tortları sevirsinizsə VIVA Dessert-i məsləhət görürük.

Le Plaisir Bakery Shop

Le Plaisir Bakery Shop isti, ev ab-havasını hiss edəcəyiniz şirniyyat butikidir. Dadlı tortlar və ürəyiniz istəyən fərqli dadda un məmulatlarını bir arada tapa biləcəyiniz ünvan da desək, yanılmarıq. Buradan sizə günün istənilən vaxtı yeni hazırlanan tort tapa bilərsiniz. Kafe hissəsində isə bir fincan çay ilə ətirli şirniyyatlar arasında desertlərdən dada bilərsiniz.

Laduree Azerbaijan

Yayın isti günlərində ürəyiniz tort istəyir və siz təkcə görüntüsü ilə deyil, həm də xəfif dadı ilə qəlbinizi fəth edəcək tortu tapmamısınızsa, elə isə məsləhətimizə qulaq asıb yollanın Ladurre-a. Burada siz həm görünütüsü, həm də, dadı ilə qəbinizi ovsunlayacaq ləziz tort dada biləcəksiniz.





© 2015 foxy.azBütün hüquqlar qorunur.