Yeni Miss Eau de Parfum – Sevginin ətri

25.09.2017

Sevginin özü kimi qoxan, sizi səmalara, ulduzlara, xoşbəxtliyə çatdıran ətir düşünün. Bir də Miss Dior ətir suyunu düşünün. Bəli, sevginin ətri, sevgi kimi qoxan ətir məhz yeni Miss Dior Eau de Parfum-dur. Bu dəfə sizə ətraflı Dior ətir evinin yeni və çox səs-küy yaradan ətri – yeni Miss Dior ətir suyundan yazırıq.

Miss Dior Eau de Parfum-un yaranması

Christian Dior ilk dəfə öz ətriyyatçılarına “Mənə sevgi kimi qoxan ətir hazırlayın” dediyi gündən onlar bu haqda düşünməyə və belə ətrin formulasını axtarmağa başladılar. Nəhayət, 1947-ci ildə Dior ətriyyat evi bütün dünyaya sevgi kimi qoxuyan ilk Miss Dior ətrini təqdim etdilər. Üstündən illər keçdi, ətrin yaranmasının 70 illiyinin şərəfinə yenidən Dior ətriyyatçıları müasir dövrün sevgisini tərənnüm edən Miss Dior ətri hazırlamaq eşqinə düşdülər. Belə ki, Dior ətriyyat evinin baş ətriyyatçısı Francois Demachy bütün sərhədləri yox edərək, sevgi üçün mümkünsüzü etdi və Miss Dior-un yeni versiyasını yaratdı.

Ətrin notu

Yeni Miss Dior ətir suyunun hər bir notu insan hislərinə təsir edir, onu ovsunlayır. Ətrin kompozisiyasını çiçək notları tamamlayır. Üst notlarda limon, naringi, çəhrayı bibər, qırmızı portağal, şirin portağal və berqamot ətrə sitrus nəfəsi qatır. Ətrin ürəyini Qrass qızılgülü, türk Dəməşq qızılgülü və jasmin döyündürür. Ətrin bazasını isə palisandr və paçuli tamamlayır.

Ətir şelyflidir. Zərif şleyfdə siz qızılgüllə sitrus notların uyumlu duetindən məst ola bilərsiniz. Ətrin qalıcılığına isə söz ola bilməz. Yeni Miss Dior Eau de Parfum qalıcılığı yüksək, romantik, sevgi dəlisi, fədakar qadınların ətridir. Yaz-yay üçün mükəmməl seçimdir.

Ətrin flakonu

Ətrin flakonu isə ənənəvi və əfsanəvi Miss Dior flakonudur. Şəffaf şüşə içərisində sizi sevgiyə səsləyəcək sehirli iksirlə doludur.

Miss Dior Eau de Parfum reklam kampaniyası


 

Ətrin qoxusu qədər reklam kampaniyası da xeyli səs-küy yaratdı. Belə ki, ətrin reklam kampaniyasında cazibədar və su kimi gözəlliyə sahib məşhur aktrisa Natalie Portman yer alıb. Reklam çarxına baxsanız siz Natalie Portmanın sevgini müxtəlif şəkildə, tam anlamı ilə çatdırdığını görərsiniz – o gah sevgidən məftun olan zərif qadın, gah sevgidən qəlbi qırılan üzgün qadın, gah da ki, sevgisi uğruna fədakarlıq edən güclü qadın obrazını tam dramatikliyilə canlandırır. Və yeni Miss Dior Eau de Parfum-un reklam kampaniyasının sloqanı “And you, what would you do for love?” – “Bəs sən, sevgi uğruna nə edərsən?”. dir

Qeyd edək ki, sosial şəbəkələrdə məhz bu sloqanla silsilə video çarxlar yer almağa başlayıb və bu video çarxlardan gələn gəlir uşaqlar üçün xeyriyyə məqsədilə xərclənəcək.

Əgər, siz də sevgidən məftun olmaq, əsl sevgi qadını olmaq istəsəniz, sevgini üzərinizdə daşımaq niyətində olsanız yolunusu Sabina Perfumery & Cosmetics mağazalarından salın və yeni Miss Dior ətir suyunu əldə edin.

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.