Kenzo World – feminəlliyin və güclü xarakterin ətri

06.09.2017

Yeni mövsüm, yəni, payız yeni planlar, yeni işlər fəslidir. Başdan-ayağa yenilənib, yeni mövsümə hazırlaşırıq. Qarderobumuzu yeniləyir, romantik payıza hazırlaşırıq. Və ətirlərimizi də dəyişirik. Əgər yeni payız ətri almaq fikrindəsinizsə, o zaman yeni məqaləmiz sizin üçündür. Bu dəfə sizə ölkəmizdə yeni təqdim olunan Kenzo World ətrindən yazırıq.

Ətrin notları və qoxusu

Ətir 2016-cı ildə təqdim edilsə də, 2017-nin yeni mövsümü, yəni, payız mövsümü üçün geniş şəkildə təqdim edildi. Meyvə- çiçək notlarında ətri Francis Kurkdjian hazırlayıb. Kenzo World Kenzo-nun yeni yaradıcı direktorları Humberto Leon və Carol Lim-in brenddə olduğu vaxtda ilk ətirləridir. Ətrin əsasında pion, Misir jasmininin dominantlığı ilə ağ çiçəklər dayanır.

 

Bu iki çiçək ətrə “qırmızı giləmeyvə” effektini verir. Bu çiçək notlarını kəhrəba daşı müşaiət edir ki, ətrin açar notunu təşkil edir. Ətir yüngül çiçəkli, azca şirin, meyvəli, rahatlıq bəxş edən ətirdir. Şleyfli ətirdir.

Ətrin flakonu

Ətrin flakonu göz formasında mavi şüşəsi, qızılı metal “boyunbağı”sı və qara plastik qapağı ilə ilk baxışdan diqqət cəlb edir. Ətrin şüşəsilə brend “gözəlliyi və dəbii hiss etmək” mesajını ötürür.

Eyni zamanda bu göz flakonu sadəcə görməyə ithaf olunmayıb, həm də, bu göz mason lojasının simvolu və dollar istiqrazlarının üzərində olan əlamətdir.

Ətri Sabina Perfumery Cosmetics-dən əldə edə bilərsiniz. 





© 2015 foxy.azBütün hüquqlar qorunur.