Dəbli gecələrin ətri – Girl of Now by Elie Saab

28.08.2017

Elie Saab həmişə zərif, ecazkar, qadınsı kolleksiyaları ilə dəbsevərləri heyrətləndirib. Elə təzəlikcə təqdim etdiyi Girl of Now ətri də füsünkar ətrilə ətirsevərlərə özünü sevdirəcək.

Əvvəlcə qeyd edək ki, ətir Elie Saab-ın səbrsizliklə gözlənilən ətridir. Zərif yaradıcılıq nümunəsini Girl of Now-nu ətriyyatçılar Sophie Labbe və Dominica Ropion hazırlayıblar. Ətir qurmanik şərq notlarında olan ətirdir. Ümumiyyətlə, Elie Saab ətir hazırlamağa başlayanda əsas məqsədi şərq notlarında qurmanik ətirlər təqdim etmək olub. 2017-nin avqustunda təqdim edilən Girl of Now ətri də məhz şərqin zərafətini özündə birləşdirən zərif, qurmanik ətirdir.

Bu şirintəhər, yüngül tərkibə malik ətirdə şirin notlar acı badamla qovuşur. Qoz əsaslı baza lətli armuq və naringi ilə bəzənib. Ətrin ürəyində isə ağ jasmin, paçuli, maqnoliya və kütur çiçək olan flerddoranjın çiçəklərindən buket yatır. Bütün bu çiçək notlar badamla ahəng təşkil edir və əhval-ruhiyyəni artırır. Elie Saabın vətəni Livanda məşhur olan qovrulmuş fıstıq isə ətrə gözlənilməz qoxu bəxş edir. Bütün bu notlar isə kəşmir, tonka ağacının lobyası və yağlı badam südü ilə vəhdət təşkil edir.

Ətrin flakonu isə zövqlü, zərif və ətri zərafətindən xəbər verəcək tərzdə dizayn edilib. Son dərəcə özünə güvənən və eyni zamanda rahat qızların
seçimi olacaq ətirdir.

P.S. Ətri  əldə etmək istəsəniz, yolunuzu İdeal  Perfumery&Cosmetics  mağazalar şəbəkəsindən sala bilərsiniz.





© 2015 foxy.azBütün hüquqlar qorunur.