Jean Paul Gaultier-in “Scandal”ı – cazibənin ətri

15.08.2017

Bu mövsüm bir çox brendlər yeni ətirlər təqdim ediblər. Hətta bəzi brendlər öz ənənələrinin ziddinə gedərək tamamilə yeni formada ətirləri ətir həvəskarlarının öhdəsinə veriblər. Bu dəfə sizə indiyə qədər bütün ətirləri eyni flakonda olan – sadəcə büst formalı flakon – Jean Paul Gaultier modalar evi öz yeni formalı qadın ətrini, “Scandal”ı təqdim etdi.

Scandal – cəlbediciliyin, azadlığın ətri

Jean Paul Gaultier-in yeni ətri “Scandal” cəlbediciliyin, azadlığın, əyləncənin ətridir. Ətir hissiyyatlı bal notunun qardeniya, portağal və paçuli ilə vəhdət təşkil etdiyi qurmanik ətridir. Ətrin açar notları qırmızı portağal, bal, paçuli, qardeniya, krem çalarlar, torpaq və balzamik qurman çalarları, isti ağacakkordlarıdır. Ətir şleyflidir. Lakonik ətir olan “Scandal” parisli qadınlara həsr olunub. Ətrin şirin və getdikcə açılan qoxusu ətri istifadə edənlərdə xoş hislər yaratmaq qabiliyyətinə malikdir. Ətrin qalıcılığı yüksəkdir.

Soyuq, xüsusilə də, payızın sərin, yağışlı günləri üçün mükəmməl ətirdir. Yox, şirin ətir həvəskarısınızsa o zaman isti günlərdə də ətri istifadə edə bilərsiniz. Amma ətrafdakı insanlara mane olmayacaq dərəcədə ətirdən istifadə etməyiniz məsləhətlidir.

Ətrin flakonu

Gaultier bu dəfə ətir kolleksiyasında yenilik etdi və flakonu insan büstü formasında etmədir. Məlumdur ki, brendin indiyənə qədər olan ətir flakonları qolsuz və ayaqsız büst formasındadır. Bu dəfə isə parisli xanımlara həsr olunan “Scandal” ətrində sadəcə qadın ayaqları yer aldı. Belə ki, çəhrayı, oval falkonun qapağı gümüşü rəngli cəlbedici qadın ayaqları ilə dizan olunub. Ətir ətriyyatçı Dabhne Bugey tərəfindən hazırlanıb.

P.S. “Scandal” ətrini əldə etmək istəsəniz, yolunuzu Sabina Perfumery&Cosmetics mağazalar şəbəkəsindən sala bilərsiniz.





© 2015 foxy.azBütün hüquqlar qorunur.