Brendlərin rəngarəng 2017 bahar makiyaj kolleksiyaları

03.04.2017

Demək olar ki, bütün brendlərin 2017 bahar kolleksiyasında birmənalı olaraq təbii makiyaj öz mövqeyini möhkəmləndirib. Foxy sizin üçün  mövsümün ən rəngli yeniliklərini seçib təqdim edir. Qeyd edək ki, kolleksiyaları Sabina Perfumery and Cosmetics mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Chanel-dən Coco Codes

Chanel-in rənglər və makiyaj üzrə beynəlxalq dizayneri Lucia Pica Coco Chanel-in 5 ən yaxşı rəngini bu mövsümün makiyaj məhsullarında vurğulayıb: qara, qırmızı, qızılı, boz və ağ. Nəticədə fərqli və adi təsir bağışlamayan görüntü yaranıb. Makiyaj kolleksiyasında mat mükəmmək ənlik həm konturlama, həm də storbinq işində iddialıdır, Les 4 Ombers iki ədəd palet metalın mümükün olan bütün çalarlarını özündə birləşdirib, dodaqlarda boz-qırmızı, qaraya çalan qırmızı, tünd qırmızı, mərcan və bir az qızılı hakim olacaq, dırnaqları isə Le Top Coat Black Metamorphosis bəzəyəcək.

Dior-dan Colour Gradation

Bu yaz Dior-un makiyaj üzrə kreativ direktoru Piter Phlips rənglərdən bayram, məhsullardan isə sanki bir rəssamın palitrasını hazırlayıb. Dior Colour Gradation-a dördrəngli göz kölgəsi paleti, Diorblush Colour ənlik, Diorskin Nude Air kirşanı, ikirəngli dodaq boyası və dodaq üçün kölgə daxildir.

Guerlain-dən Happy Glow

Guerlain-nin Meteorites kirşanı 30 ildir ki, makiyajsevərlərin sevimlisidir. Meteorites kirşanının bu il yaranmasının 30 illiyini qeyd edən brend limitli formada Rose Glow təsirli mirvari şəkilli yeni kirşanını sevənlərinin öhdəsinə verdi. Kolleksiyaya yığcam toz kirşan, iki ədəd çəhrayı əsaslı Kiss Kiss dodaq boyası da daxildir.

Clarins-dən Countouring Parfait

Konturlamanı sevənlər üçün Clarins highlighter, bronzer, ənlik və rahat fırçadan ibarət univerlsa Palette Countour Visage-təqdim edir. Kolleksiyaya daxil olan Stylo 4 Couleurs həm gözlər, həm qaşlar, həm də dodaqlara uyğundur.

Lancome-dan Absolutely Rose

Əgər siz əvvələr çəhrayı rəngdən uzaq dururdunuzsa, bu mövsüm bu rəngə daha da yaxın olmağın zamandır. Çünki Lancome-un yeni yaz kolleksiyası buna əsaslı arqumentdir. Kolleksiyada sizi çəhrayını sevməyə vadar edəcək La Rose a Poudrer kirşanı, Cushion Blush Subtil kuşon-ənliyi, gözlər və dodaqlar üçün La Palette La Rose üz palitrası, dodaqlarda ombre təsiri yaradacaq Parisian Lips Le Stylo kuşon-qələm, Juicy Shaker parladıcısı, Grandiose eyeliner və tuşu var.





© 2015 foxy.azBütün hüquqlar qorunur.