Sevgi kimi festival – “Spring Love Festival”

20.04.2016

Sevgi və festival? Maraqlı səslənir. Yayı sevgi və festivalla qarşılamaq istəyənlər üçün “Sürprizim var” kreativ komandası əla şans yaradır. Bunun üçün sadəcə əyləncəni sevən, zövqlü və maraqlı istirahətə önəm verən, ailə və ya dostlarla, sevgili və ya özünüz ilə gözəl vaxt keçirmək istəyən biri olmağınız kifayətdir. 

Festivala qatılmaqla siz doyunca əylənməklə yanaşı, xüsusi dizayn və sıralama ilə düzülmüş rəngarəng stendlərdə satışa, kiçik həcmli yarışlara (konkurs), rəqs şousuna, teatr göstərisinə, karikaturalarının çəkilməsinə, xına və tatu işlərinə, müxtəlif personajların çıxışına, uzun ayaqlı akrobatla fotosessiyaya, DJ şousuna sahidlik edəcəksiniz. Eyni zamanda festivaldan əliboş da getməyəcəksiniz. Hər zaman xatirə olaraq saxlayacağınız müxtəlif əşyalar və anları hədiyyə alacaqsınız. 

50 nəfərlik gülərüz komandanın qarşılayacağı “Yaz Sevgi Festivalı”nda sizi “Çin fənəri” (Arzu şarı) şousu, canlı musiqi ifaları, Pantomim aktyorlarının ifasında sevgi dolu tamaşalar da gözləyir. 

Məkan: “Aysberq” Ailəvi İstirahət Mərkəzi (Şıxov)

Vaxt: 29 May

Saat: 16:00-00:00

Biletin qiyməti: 28 AZN

Festivalın partnyorları: Brand.up, Coca-Cola, Sabina parfumeriya, Uber, Foxy onlayn qadın jurnalı, Məxməri Xına evi, X-Group, 7Surprise handmade gift shops, Yes Travel, Wowoman.Festivalın ideya müəllifi və təşkilatçısı: “Sürprizim var” kreativ tədbirlər təşkilatçılığı. Festivalda iştirak etmək üçün: www.lovefestivalbaku.com saytına daxil olaraq qeydiyyatdan keçməklə bilet sifariş edə bilərsiniz. Qeyd edək ki, biletlərin sayı məhduddur. 

Ətraflı məlumat üçün: 0703141114 nömrəsi ilə əlaqə saxlaya, info@lovefestivalbaku.com ünvanına yaza bilərsiniz.





© 2015 foxy.azBütün hüquqlar qorunur.