Dilara Kazimova’s acoustic band

25.09.2015

Oktyabrın 3-ü, Yaşıl Cafe-də müğənni Dilarə Kazımova və onun rəhbərlik etdiyi “Dilara Kazimova’s acoustic band" qrupu çıxış edəcək. 

Əvvəllər Dilarə Kazımova "Unformal" və "Milk & Kisses" qruplarının vokalisti olmuşdu, 2014-cü ildə isə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 2010-cu ildə Dilarə Kazımova "Milk & Kisses" qrupu tərkibində Azərbaycanı ilk dəfə olaraq Latviyanın Yurmala şəhərində keçirilən "Yeni dalğa" müsabiqəsində təmsil etmişdir. Dilarə həmçinin 2014-cü ildə Ukraynada keçirilən "Səs" layihəsinin və Türkiyədə keçirilən "Böyük səhnə" müsabiqəsinin iştirakçısı olmuşdur.
"Yaşıl" kafenın açıq meydançasında canlı musiqi ilə payızın son isti axşamlarından həzz almağa tələsin.

Konsert saat 20:00-da başlanır.

Əlaqə nömrəsi: 050 246 1414

Giriş sərbəstdir.





© 2015 foxy.azBütün hüquqlar qorunur.