Corc Qafarov: "Hər bir qadın şahzadə olmağa layiqdir"

02.05.2016

11 yaşında milli kinomuzda Yavər Rzayevin çəkdiyi "İlahi məxluq"la debüt edən, Kann-dan tutmuş Braziliya film festivallarına qədər uğurlu yol keçən gənc, istedadlı və yaraşıqlı aktyorumuz Corc Qafarovu bu dəfə "Kişi gözü" rubrikamızda tam başqa aspektdən tanıyacaqsınız.

- Foxy xanımlarına özünü təqdim edərdin.

Aktyor Corc Qafarov

- Corcun qadınlarla arası necədir?

Kişilərdən çox qadınlarla dostluq edirəm. 

- Corca görə mükəmməl qadın…

Mükəmməl qadın – ağıllı, savadlı olmalıdır. “Kişilər üçün görünüş önəmli deyil” fikri əslində yalnışdır. Mənim üçün görünüş də önəmlidir. (gülür)

- Gözəl yoxsa ağıllı qadın?

Həm gözəl, həm ağıllı…

- Bir qadında Corcu həyəcanlandıran xüsusiyyətlər?

(Düşünür) Onunla sevgi macərası yaşasam onda məni həyəcanlandıra bilər.

- Bəs qadınlarda səni qəzəbləndirən nədir?

Heç nə…

- Ukraynalı sarışın, yoxsa azərbaycanlı əsmər?

Hər ikisi… Sarışınları da bəyənirəm…

- Onu bağışlamaq olarmı?

Kimi? (gülür) Təbii ki, olar.

- Bir xanımdan aldığın ən bahalı hədiyyə?

Çox olub… Qiymət baxımından ətir, dəyər baxımından isə məktub…

- Bəs Corcun qadına aldığı ən bahalı hədiyyə?

Gül buketi

- Corc münasibətdən nə gözləyir?

Dəyər, sevgi

- Corca görə seks münasibətdə neçənci yerdədir?

Üçüncü yerdə ola bilər. (gülür)

- Qadınları kəşf etmək üçün neçə qadınla münasibət kifayət edər?

Ümumiyyətlə, qadınla münasibətdə olanda qadını kəşf edə bilmirsən. Ancaq məncə daha çox qadınla dostluq etməlisən.

- Zərif yoxsa güclü qadın?

Güclü qadın…

- Qırmızı pomada, mini ətək və eynək – səndə nə assossiyasiya edir?

Bir qadının xarici görünüşü... Belə qadınlar cazibədar olurlar.

- Sevgili rolunda çəkilsəydin tərəf müqabilin kim olsun istəyərdin?

Uşaqlıqdan kumirim Jennifer Lopez olub. Onunla tərəf müqabili olardım.

- Filmdə tərəf müqabili olduğun xanımla münasibət qura bilərsən?

Ola bilər. Ancaq özümə söz vermişəm ki, aktrisa ilə ailə həyatı qurmayacam. Ürəyim partlayar, mənim həyat yoldaşıma kimsə toxunsa… (gülür)

- Corcun qarderobunun əsasını nə təşkil edir?

Kostyumlar 

- Foxy xanımlarına son sözün..

Hər bir qadın şahzadə olmağa layiqdir. Qadınlar kişilərin arxasında durmağı bacarmalıdır. Hər bir kişinin arxasında güclü qadın mütləq olmalıdır. Şahzadə olmağı arzulayıram foxy xanımlarına.





© 2015 foxy.azBütün hüquqlar qorunur.