Felix Vishnevetskiy: "Make love, not war"

14.12.2015

Bu dəfə qadınlara "Kişi gözü" ilə  "Газета" dərgisinin Baş redaktoru, 1NEWS.az agentliyinin jurnalisti Felix Vişnevetskiy baxdı.

- Foxy xanımlarına özünü təqdim et

Feliks Vişnevski, dostlarım üçün sadəcə Fel. 1NEWS.az agentliyində jurnalisti kimi fəaliyyət göstərirəm. Ulduzlar və Bakının kübar həyatı haqqında yazıram. Mən  həyatda xəyalpərəstəm. Özümü tərifləməyi sevmirəm, amma bu gün tərifləyəcəm -  dostlarım deyir ki, mən çox yaxşı insanam, bu məni xoşbəxt edir və bəzi məqamlarda ruhlandırır.

- Feliksə görə mükəmməl qadın: 

Hesab edirəm ki, həyatda ideal insan yoxdur. Daha dəqiq desək, mənim ideal hesab etdiyim, digəri üçün ideallıqdan uzaq ola bilər. İdeal qadın hər şeydən əvvəl gözəl və ağıllı olan qadındır. Gözəlliyin mənim üçün sinonimi ideal sözüdür. İdeal qadın sadəcə görünüşdə gözəl olmalı deyil – onun xüsusi gözəlliyi olmalıdır. Əgər o sadəcə xarici gözəlliyə sahibdirsə, ruhən boşdursa, bu, sadəcə gözəl bir rəsmdir. Bundan nə artıq, nə də ki, əskik ola bilər. İdeal qadına gəldikdə isə mən onu hansısa ulduzla müqayisə edirəm və mənim üçün ideal qadın Mişel Prayferdir, yəqin ki, gənc nəsil üçün də Liza Boyarskayadır.

-Kişiləri qadınlarda həyəcanlandıran xüsusiyyətlər

Yuxarıda qeyd etdiyim kimi, bu xarici görünüş və ağıldır. Ağılsız qadınlar mənə ümümiyyətlə maraqlı deyil. Mən qadında saça və dırnaqlara fikir verirəm- qadın baxımlı və səliqəli olmalıdır. Çirkli saçlar, səliqəsiz dırnaq boyası heç kəsdə  xoş təəssürat və istək yarada bilməz. Gözəl bədən quruluşu, ayaqlar və sinə - məncə bütün kişilər qadınlarda ilk bunlara  diqqət edirlər. Əlbəttə ki, üz cizgiləri də gözəl olmalıdır. Və ən əsası qadının özünəməxsus xarakteri, hər hansı bir mövzuda şəxsi fikri və qərarı olmalıdır ki, onunla hər mövzuda söhbət etmək alınsın. Yenə də hər şeydən vacib olan ağlı qeyd edirəm. Əgər o gözəl xarici görünüşlə üst- üstə düşürsə bu möhtəşəmdir. Təəssüf ki, belə təsadüflər çox nadir hallarda baş verir.

- Qadınlarda səni qəzəbləndirən

Həyatdan nə istədiyini bilməyən və hər dəqiqə fikrini dəyişən qadınları sevmirəm. Mən bunu kapriz hesab etmirəm , yəqin ki, bu yalnız ona bəlli olan bir oyundur, hansı ki, bu nəinki məni, hətta əminəm ki, bu hadisə ilə qarşılaşan hər kişini qıcıqlandırır. Qadınların gecikməsi məni əsəbləşdirir. Mənim demək olar ki, punktual qız dostum yoxdur və bu məni həddsiz dərəcədə əsəbləşdirir. Və əlbəttə ən əsası ağıl və şəxsi qərar əskikliyi. Yəqin ki, mənim ən çox sevmədiyim hal budur.

- Gözəl yoxsa ağıllı qadın?

Mən bu haqda müsahibənin əvvəlində qeyd etdim. Belə bir misal var ki, “Görünüşə görə qarşılayıb, ağla görə yola salırlar”. Belə ki, gözəl çəkilmiş əsər insanı valeh edə bilər, lakin danışmağa başlayanda gözləntilər alt- üst olur və sən ağılsız qadın görürsən. Və sən bunu indiyənə kimi oxuduğun bir kitab kimi düşünsən, bu, ancaq əzbərlənən Əlifba kitabıdır. Gözəl və ağıllı qadınlar azdır, amma var. Və mən xoşbəxtəm ki, mənim ətrafımda belə insanlar az deyil. Suala gəldikdə isə əgər seçim qarşısında qalsam ki, ağıllı yoxsa gözəl qadını seçim. Mən seçim edə bilmərəm çünki qadın eyni zamanda gözəl və ağıllı olmalıdır.

-Ukraynalı sarışın yoxsa azərbaycanlı əsmər qadın?

Centlemenlər sarışınları seçib, əsmərlərlə evlənirlər (gülür). Çətin sualdır və buna yumorla cavab verəcəm – narıncı saçlılar. Yadplanetlilərə oxşayan belə qızlar var və onlar hamısı sanki günəşdən bir parçadırlar. Əgər ciddi cavab vermək lazım gəlsə ürəyə hökm etmək olmur. Mən hesab edirəm ki, bu halda milliyət, dəri rəngi və ələxsus da saç rənginin önəmi yoxdur.

- Onu bağışlamaq olarmı?

Olar!  Mən bağışlayıb və bağışladığı hadisəni unuda bilməyən insanlardanam. Bağışlayıram, amma həmin insandan uzaqlaşıram və hər şey əvvəlki kimi olmur, daha dəqiq desək yadlaşır. Mən bağışlayıram və uzaqlaşdırıram...

- Rədd edilmək necə hissdir? 

Bu çox ağır hissdir və hətta buna mənəvi yox, fiziki bir ağrı demək olar. Ancaq bu hiss məni zəiflətmir, əksinə daha da güclü edir.

- Bir qadına aldığın ən bahalı hədiyyə

Mən bahalı hədiyyələr alacaq qədər çox qazanmıram. Hədiyyə verməmişdən əvvəl həmişə hədiyyə verəcəyim adamdan ona lazım olan xüsusi nəyinsə olub-olmadığını soruşuram. İndi isə işimin çoxluğu ilə əlaqədər hədiyyə seçmək və mağaza gəzmək üçün vaxtım yoxdur. Buna görə də zərfdə pul vermək mənim üçün daha əlverişlidir.

-Feliksin gizli məkanları? Heyranları hara gəlsin onu görməyə?

Mən bu məkanlara sirrli deməzdim. Amma tez-tez Kukla Teatrının yanında yerləşən Lavazza kafesində, Port Baku Mall-da yerləşən Baccanale italiyan restoranında oluram. Eyni zamanda sevimli məkanlarımdan Cafe City və Buffetique-dir. Sakit bir məkan axtaranda isə Yeni Bulvarda tək gəzirəm və bu məkan da sirrli deyil.

- Kişilər münasibətdən nə gözləyir?

Mən həmişə münasibətdə güvən və qarşılıqlı anlaşma gözləyirəm. Bunlarsız və əlbəttə ki, simpatiya və sevgisiz münasibətdən, həmin münasibətin davamlılığından söhbət gedə bilməz.

- Münasibətdə seks Feliksə görə neçənci yerdədir?

Münasibətdə seks mənim üçün birinci yerdədir deyə bilmərəm, amma bunsuz münasibəti tam hüquqlu hesab etmək olmaz. Daha doğrusu mən buna belə aydınlıq gətirərdim: sevgi ilə məşğul olmaq və seks mənim üçün tamam fərqli anlayışlardır. Və necə deyiblər: “Make love, not war” (gülür).

-Zərif yoxsa güclü qadın?

Əlbəttə ki, güclü qadın. Mən zəif insanları sevmirəm. ..Güclü qadın eyni zamanda ağıllı qadındır. 

- Qırmızı pomada, mini ətək və eynək: səndə nə assosiyasıya edir?

Nədənsə sualı səsləndirəndə ağlıma ilk “Gözəlçə” filmindəki obrazı ilə Culia Robertz gəldi və bu obraz sizin sualınıza ideal cavabıdır.

-Qadınların kişilər barədə mütləq bilməli olduqları nələrdir?

Hər bir kişiyə müəyyən azadlıq lazımdır. Bu azadlığı heç kəs və heç vaxt sərhədləyə bilməz.

- Feliksin qarderobunun əsasını nə təşkil edir?

Mənim qarderobumun əsas hissəsi T-shirt-lər tutur ki, deyəsən, elə onlar da mənim zəifliyimdir.

 -Foxy xanımlarına son sözünüz

Hər zaman özünüz olun və arzularınızın arxasınca gedin. Arzularınız həyata keçməyəcək qədər çətin ola bilər, amma təslim olmayın. Əzmli olun və hədəfinizə doğru gedin. Unutmayın arzular gerçəkləşir, ancaq bunun üçün sadəcə çox istəmək lazımdır!

Çəkilişdə göstərdiyi dəstəyə görə Buffetique-ə təşəkkürlər.





© 2015 foxy.azBütün hüquqlar qorunur.