Yay fəslində həftə sonları izləyə biləcəyiniz xarici seriallar

30.07.2016

Həftəsonları evdə oturanda darıxırsınızsa ozaman yeni bir serialı izləməyə başlamağınız tam yerinə düşər. Sizin üçün seçdiyimiz siyahıza zovqünüzə uyğun serial tapa bilərsiz

Downton Abbey (6 Sezon)

Saysiz hesabsiz Emmy ve Golden Globe mükafatı almış və bu il də Emmy mükafatına namizəd olan bu klassik serial Downton Abbey, 20. əsrdə İngiltərədə imkanlı bir ailənin və xidmətçilərinin başına gələnlərdən danışır. Mükafatlar qazanmış geyimləri və musiqiləri ilə bu serial sizi heyran edəcək.

Game of Thrones (6 Sezon)

Hərkəsin dilinə düşən, yayimlandığı günün səhəri məktəbdə, universitetdə, avtobusda, metroda, işdə haqqında danışılan bir serial olan Game of Thronesin aldığı mükafatları saymaqla bitməz. Əgər hələ də xəbəriniz yoxdursa deyək ki bu serial orta əsrlərdən bəhs edir. Çox da öyrəşdiyimiz seriallara bənzəməsə də obrazları möhtəşəm ssenariləri ilə hər zaman izlənməsi tövsiyə olunan bir serialdır.

House Of Cards (4 Sezon)

Kevin Spacey’in baş rolunu canlandırdığı bu serial ABŞda baş verən siyasət ilə bağlı bir dramdır. Filmin mövzusu Amerikan bir siyasətçinin intiqam almaq üçün həyat yoldaşı ilə bərabər planlardır. Serialda güc, manipuliyasiya olduqca qabarıq şəkildə izləyiciyə çatdırılır. Siz hər serianı arxa-arxaya maraqla, təəccüblə izləyəcəksiniz. Bu seral da həmçinin bu ilin Emmy mükafatına namizəd göstərilib.

Homeland (5 Sezon)

Son dərəcə maraqla izlənən və Amerikada olduqca səs-küyə səbəb olmuş bu serial Bipolar xəstəliyinə tutulmuş bir CIA agentliyinin, bir əsgərin Əl- Qaidə tərəfindən aldadıldığına və ölkəni bombalayacağına inanması ilə başlayır. Claire Danes’in möhtəşəm aktrisalıq qabiliyətini göstərdiyi bu serial da digər sadaladığımız seriallar kimi bu il Emmy mükafatına namizəddir.

Orange Is The New Black (4 Sezon)

Açıq sözlü olması ilə diqqət çəkən Orange is the New Black qadın həbsxanasına düşən Piper Chapman’ın həyat hekayəsi ilə başlayır. Serialda bir neçə qadının hekayəsindən danışılır. Kim olursunuzsa olun bu serialda özünüzdən birşeylər tapacaqsınız və bəlkə də pzünüzlə üzləşməuiniz lazım gələcək.

Peaky Blinders  (3 Sezon)

Birinci dünya müharibəsi sonrasında 1920ci iləərin gətirəcəyi hadisələrdən bəhs edən bir serial. Rejisssorluq, ssenari baximindan olduqca uğurlu olan bu serialı mütləq izləməlisiniz.

Pretty Little Liars (7 Sezon)

Gənc kütlə üçün nəzərdə tutulan bu serial əslində neçə yaçında olursunuzsa olun bu serialı izləmək istəyəcəksiniz. Allisonun sirrli b ir şəkildə ölməsindən sonra həyatlarına davam edən 4 dost sadəcə “A” hərfi ilə imzalanmış məktubları bir yerə toplamağa başlayırlar. Bu mesajlar kimdən və niyə gəlir? Hətta bir birindən gizlətdikləri bu sirləri görəsən bu insan haradan bilir? Serialari izləyərkən zamanın necə keçdiyini bilməyəcəksiniz.

Sherlock (3 Sezon)

Bu serial haqqında çox sözə gərək yoxdur. Sherlock Holmes, Doktor Watson, London küçələri və olduqca sirrli günahlar. . . Əsas ssenarisi Steven Moffat’a aid olan BBC istehsalı olan ildə bir dəfə 3 seria yayımlayan bu serial dördüncü mövsümünün teaser isə San Diego Comic-Con’da hələ yeni yeni yayımlanmağa başladı. Detallara diqqət edirsinizsə cox yüksək səviyyədə çəkilən bu serial mütləq izləyin.

Ray Donovan (4 Sezon)

Los Angeles Hollywood’dakı bütün məhşur insanların çirkli içlərini həyata keçirən adam: Ray Donovan. Şəhərin bütün ulduzları, idmançılar və iş adamlarının etmək istəmədikləri işləri Ray Donovan onlar üçün edir. Amma Rayın həll edə bilmədiyi bir problem var: öz keçmişi. Atasının həbsxanadan çıxması ilə Rayın həyatında gizli saxladığı hər şey ortaya çıxır.

Broad City (3 Sezon)

Qadınlardan bəhs edən bir serial axtarırsınızsa və Girls serialındakı obrazlar sizə yaxın olmadısa ozaman Broad City’ni izləyin. Bu serial həm çox kasıb həm də cesur olan iki dostdan bəhs edir. New York’da necə olursa olsun həyatda qalmağa çalışan İlana və Abbinin hekayəsindən bəhs edən bu serialın ssenari müəllifi Amy Poehlerdir. Bu isə onu deməyə əsas verir ki, serial olduqca gülməli serialdır.

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.