Xeyirlə şərin rəqsi

28.05.2016

27 may tarixində Nizami Kino mərkəzində Azərbaycan yazıçısı Çingiz Abdullayevin "Quba kapriççiosu" əsəri əsasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınmış "Xeyirlə şərin rəqsi" adli filmin premyerası keçirildi.

Filmin rejissoru - Azərbaycanın əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifləri - Çingiz Abdullayev və Yavər Rzayev, operator - Nadir Mehdiyev, filmin quruluşçu rəssamı - əməkdar artist Rafiq Nəsirov, bəstəkarı - Azərbaycanın xalq artisti Siyavuş Kərimi və Emin Kərimi, prodüserlər - Nadir Əliyev və Müşfiq Hətəmovdur.

Filmin çəkilişləri Bakı və Qubada aparılıb. Ekran əsərində Dronqo obrazını əməkdar artist İlqar Muradov canlandırır. Digər rolları xalq artistlər Məbud Məhərrəmov və Şükufə Yusupova, əməkdar artistlər Qurban İsmayılov, Ayşad Məmmədov, Şövqi Hüseynov, aktyorlar Əjdər Zeynalov, Rasim Cəfərov, Münəvvər Əliyeva və digərləri ifa edir.

Premyera zamanı Çingiz Abdullayev qeyd etdi ki, film onun Azərbaycanfilm kinostudiyasında lentə alınmış sayca üçüncü filmidir. Ümumilikdə isə onun 10 əsəri əsasındə film lentə alınıb.

Daha sonra İlqar Muradov Çingiz Abdullayevin əsəri əsasında çəkilən filmdə baş rolda olmağın onun üçün şərəf olduğunu bildirdi: "Mən professional aktyor deyiləm və filmin bütün heyəti mənə dəstək olduğu üçün onlara minnətdarlığımı bildirmək istəyirəm".

Filmi Nizami Kino Mərkəzində izləyə bilərsiniz.

Sofi





© 2015 foxy.azBütün hüquqlar qorunur.