Sənətkarın taleyi

21.05.2016

Ötən gün Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Xalq Artisti İrina Tağizdənin rejissorluğu ilə xalq yazıçısı Elçin Əfəndiyevin Azərbaycan aktyoru və rejissoru, Azərbaycanın peşəkar teatr sənətinin banilərindən biri olan Hüseyn Ərəblinskinin həyatından bəhs edən "Судьба Артиста" tamaşasının premyerası uğurla baş tutdu. Tamaşa ərzində Hüseyn Ərəblinskinin sirrli və faciəli taleyi işiqlandırıldı.

Tamaşanın səhnə dekorasiyasının müəllifi Mustafa Mustayev, kostyum dizayneri - mədəniyyət xadimi – Olqa Abbasova, musiqi tərtibatçısı Vladimir Neverov, işıqlandırmamütəxəssisi Nikolay Rıduçev idi.

Tamaşadaqubernator obrazında xalq artisti Yuri Baliyev, Ərəblinski obrazında əməkdar artist Firdovsi Atakişiyev, qrafinya obrazında əməkdar artist Ayan Mirqasımova çıxış etdi. Tamaşada həm də Əsgər Rəhimov, Elmira Aslanova, Natavan Hacıyeva, Teymur Rəhimov , Oleq Əmirbəyov, Yaroslav Trifonov, Murad Məmmədov, Aleksey Saprykin, Elşad Murtuzov , Tamilla Abutalıbova, Yaqub Zeynalov, Nazim Cabbarov, Zaur İsgəndərov,Fərid Bəhramov, İbrahim Əhmədov, Boris Brodsky, Yusif Tkaç da rol alıb.

Tamaşanın premyerası olduqca maraq gördü. Tamaşanı izləməyə gələnlər arasında görkəmli simalar - Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Fransadanın Azərbaycandakı səfiri Aurelia Buşez, xalq artisti Fərhad Bədəlbəyli, xalq yazıçısı Anar, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov və başqaları iştirak etmişdi.

Qeyd edək ki, tamaşa ilk dəfə 2013-cü ildə İrina Tağızadənin quruluşca rejissorluğu əsasında "Sənətkarın taleyi" adı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnəyə qoyulub və o zaman da böyük marağa səbəb olub.

Sofi Ali





© 2015 foxy.azBütün hüquqlar qorunur.