Tarix səhifələrindəki “İncə sənət” kimi qadınlar

20.05.2016

Biz qadınlar, əslində, hər birimiz “incə sənət”ik. Amma elə qadınlar da var ki, onlar elə incəsənətin özləridir. Bu dəfə sizə haqlarında bəhs edəcəyimiz bütün qadınlar incəsənətlə məşğul olmaq üçün bir çox çətinliklər çəkmiş, cəmiyyət tərəfindən qəbul olunmamış amma buna baxmayaraq incəsənət tarixində ilklərə imza atmış qadınlardır. Və beləliklə, onlar gələcək nəsillərə incəsənətin qurbanı olmamaq , uğurlu və digər xanımlara da nümunə olmaq üçün yollar açdılar. Gəlin, tarixin səhifələrinə qovuşmuş “incə sənət” kimi qadınları birlikdə tanıyaq. Kim bilir, bəlkə o qadınlarda özümüzü tapdıq?!

Teatrda Qadın...

Antik Yunan tarixində, xüsusilə şərab və teatr Allahı  Dionissos adına təşkil edilən rituallarda (Lenealer) qadınlar  baş rolda idilər.

Teatrın təşkilati məzmun qazanması ilə  qadınların səhnəyə çıxmasına qadağalar qoyuldu. Və beləliklə, qadın rolları kişilər tərəfindən oynanılmağa başlandı.

Ancaq buna baxmayaraq tarixin ən sərt, ən güclü  qadın obrazlarının  bir qismi Yunan və Roma yazıçıları  tərəfindan yazılmışdı. Məsələn, Antiqon, Medea, Elektra, Faedra...

“Antigone ve Ismene”

Tarixin ilk qadın ssenarist i-  Rahibe Hrosvita 

Kilsə təlimini yaymaq məqsədi ilə faydalanan teatr əsrlər sonra ilk ssenaristini yetişdirdi. Bu ssenaristin bir xüsusiyyəti də onun tarixdə ilk qadın ssenarist olması idi. Eyni zamanda şairə də olan Hrosvita  Terentius-un oyunları tərzində 6 ssenari də yazdı.

Təxminən bir əsr sonra isə Bingenli Hildegarde adlı qadın, yazıçı, alim, əczaçı,  filosof, şair və musiqiçi kimi ilk bəstələrini edərək dünya musiqi  tarixində öz yerini aldı.

 

Musiqisindəki səs zənginliyi və çalarları İntibah musiqisinə eləcə də, ondan sonra gələn  Barokqo  Musiqisinə yol açan bu bəstəkar qadının sənəti 20-ci əsrin sonlarında yenidən kəşf edildi.

 Christine de Pisa isə 14-cü əsrdə fransız ədəbiyyatının ən öndə gələn adıdır. Bundan başqa həyatını  öz həmcinslərinin haqqlarını müdafiə etməyə həsr etmiş feminist şairə və hekayə müəllifidir.

 Dünyadanın  ilk qadın roman yazıçısı isə  Afraben-dir (Afrahat). O, ingilis dramaturqu, şairəsi, tərcüməçisi olub. İngiltərənin ilk professional və iyirmi il ərzində tək qadın ssenaristi olub. Yazdığı mətnlərdə qadın cinsini analiz edərək qadının cinsi istəkləri olduğunu müəyyən etmiş və tənqidlərə, hücumlara məruz qalmışdı. Bundan başqa, o, roman formasına gətirdiyi yeniliklərlə də yadda qalıb. Virginia Wolf  onun haqqında belə bir fikir söyləyib: "Bütün qadınlar birləşərək Arfaben-in məzarına gül qoymalıdır, çünki qadınlara inandıqları şeyi danışmağa haqq qazandıran odur."

 Aktrisalıq...

Orta əsrlərdə kilsənin dəstəklədiyi dini oyunlarda əvvəlcə keşişlər, daha sonralar isə  da gildiya üzvləri obrazları canlandırırdılar. Daha sonralar isə Fransada qadınların da tamaşada iştirak etdikləri söylənilir. Qadınların İngiltərədə səhnəyə çıxmaları Şekspirin  ölümündən təxminən 50 il sonra gerçəkləşir. Məsələn, Margaret Hughes, Elisabeth Barry, Anne Bracegirdle, Marie Saunderson.

Yunan və Romada qadınların səhnəyə  çıxa bildikləri tək janr “mimus” oyunları idi. Amma buna baxmayaraq  oyunlardakı açıq-saçıqlıq və qul statusu qadınların cəmiyyətdəki mövqeyini çox aşağı salırdı.

Dövrün  ən məşhur qadın aktrisası  Nell Gwyn olmuşdu. Onun  sayesində qadınlar səhnəyə çıxma haqqı əldə etmişdilər. On yeddinci əsrdə Fransada qadın aktrisalar professional teatrla yanaşı, həm də modellik etməyə də başladılar. Tarixin ən yaxşı qadın aktrisası isə Sarah Bernhardth olmuşdu.

Tarixin ilk qadın bəstəkarları...

Elisabeth Jacquet de La Guerre (1667-1729) musiqi karyerasına hələ  5 yaş yaşında ikən  XIV Louis-nin qarşısında musiqi ifa edərək başlayan bu virtuoz Parisdə konsertlər verməklə yanaşı, dövrünün ən tanınmış qadın bəstəkarı olub.

Clara Schumann (1819-1896) 13 yaşında olanda  fortepiano  karyerasına  başlayan bu virtuoz əri Robert Schumann-ın kölgəsində qalır.  Amma bəstələri pianoçuluğu qədər zövq oxşayan Clara 16 yaşında bəstələdiyi ilk piano bəstəsini  Leipzig Gewandhaus-da Mendelssohn ilə birlikdə ifa etmişdi.

 Rəssamlıq...

 Dünyada beynəlxalq şöhrət qazanan ilk qadın rəssam isə Sofonishba Anugissilodur. O, 1532-ci ildə İtalyada doğulub. Michalengelo tərəfindən dəstəklənmiş və İspan sarayı üçün rəsmlər çəkib.

 Şərqdə teatr və qadınlar...

Xüsusilə, Çin və Yapon dramaturgiyasında səhnədə qadınlara yer yox idi. Çin operasında qadın rolları kişilər tərəfindən oynanılırdı. Onlar elə düşünürdülər ki, əksinə qadın rollarını kişilər daha yaxşı ifa edə bilər. Çünki bir qadının necə olmasını kişidən yaxşı heç kim bilə bilməz. Yaponiyada Kabuki teatrının qurucusu Şintotapinağinin rahibəsi Okunidir amma teatrda ifa edən qadınların xalqı əxlaqsızlığa sövq etməsi səbəbindən səhnəyə çıxmalarına qadağa qoyulmuşdu.





© 2015 foxy.azBütün hüquqlar qorunur.