Nizami Kino Mərkəzində “Kızkaçıran” filminin nümayişinə başlanıb

18.05.2016

Rejissoru və ssenaristi Korhan Uğur olan  “Kızkaçıran” filminin baş rollarında Əmir Bəndərlioğlu və Ceren Bəndərlioğlu cütlüyü iştirak edir. Heyətdə həmçinin Kamran Ağabalayev, Yüksəl Ünal, Aydan Burhan, Barış Kıralioğlu, Ergün Quyuçu, Erol Aksoy, Könül Nağıyeva, Kamuran İnselel, Mehmet Kurt, Timur Kunt, Tulya Orkun, Kaan Çalışkanoğlu və Ece Ertan və. s. aktyorlar iştirak edib. Film komediya janrındadır. Buna baxmayaraq filmi sevgi və macəra filmi kimi də adlandırmaq olar.

Filmin mövzusu olduqca maraqlıdır. Əhməd illərdir sevdiyi qızın başqası ilə evlənməsinə dözə bilməyib onu toy günü qaçırır. Bura qədər hərşey qaydasında görünsə də amma ortada kiçik bir səhv hətta sürpriz var; çünki Əhməd gəlini, yəni Gülü qaçırarkən, səhvən bəyi də qaçırır. Elə hadisələr də bundan sonra başlayır. Həm gəlinin, həm bəyin ailəsi onların arxasıyca düşürlər. Yolda Əhmədin heç bir planı olmadığı ortaya çıxır. Buna görə də o Gülü kənddə yaşayan atasının evinə aparır. İşin bu nöqtəsində Əhmədin böyük qardaşı da dövrəyə girir. Atasının yaşadığı kəndə çatana qədər cütlüyün başına bir - birindən gülməli hadisələr gəlir.

Film mayın  12-dən Nizami Kino Mərkəzində nümayiş olunur.

Filmin İstehsal ili: 2016

Filmin janrı: komediya

Filmin Rejissoru: Korhan Uğur

Filmin ssenaristi: Korhan Uğur





© 2015 foxy.azBütün hüquqlar qorunur.