İş görüşməsinə gedəndə müdirin xoşuna gəlmək üçün nə etməli?

07.10.2015

İş görüşməsinə gedirsən? Qəbul olmağı, davranışın və bacarığınla müdirin xoşuna gəlmək istəyirsən? Bu işdə Foxy sənin köməyinə gəlir. İlk növbədə diqqət cəlb etməyə çalışma, sanki ziyafətə gedirmiş kimi geyinmə. Makiyaj maksimum sadə olsun. Bütün bunlar öz yerində. Əsas məsələ gedəcəyin şirkət haqqında məlumatlı olmağa çalış. Belə olan halda söhbət etmək və təəssürat yaratmaq daha asandır. 

Müsahibəyə gedərkən ilk növbədə salamlaşmağa da fikir ver. Çox zəif olmayan səslə özünə inamlı şəkildə salamlaş. Yaxşı olar ki, əl verib görüş, bu, işgüzar danışıqlar üçün yaxşı başlanğıcdır. 

Sual verilərkən suallara diqqətlə qulaq as, dərhal, tələsərək cavab vermə, ürəyində 3-ə kimi say və sonra sualları dolğun şəkildə cavablandır. Bu hal həyəcanını yox etməklə yanaşı səni sakitləşdirəcək, təmkinli və fərasətli olduğun mesajini qarşı tərəfə ötürəcək. Əgər sıxılır, özünü narahat hiss edirsənsə dərindən nəfəs al və qarşındakı insanı dostun kimi hesab et. Bu zaman bütün işləriniz yaxşı olacaq.





© 2015 foxy.azBütün hüquqlar qorunur.