Rəng analizi: Rənglərin gizli xüsusiyyətləri

28.09.2015

Sosial çevrədə təsirli ilk görüntü yaratmaq önəmlidir. Bəs iş görüşməsində, məktəbin ilk günündə və ya ilk görüşmədə necə davranmağınızla bərabər hansı rəng geyim geyinməli olduğunuzu bilirsiniz? Geydiyiniz rəngin hər zaman daha güclü təəssürat yaratmaqda təsirli olduğunu bilirdiniz? 

Dünyanın bir nömrəli kompyuter aksesuar markası Logitech Avropanın ən yaxşı rəng mütəxəssəsi Karen Haller ilə ilk görüşdən iş müsahibəsinə qədər bütün həyatınızda müvəffəqiyyətli olmağınıza kömək etməyiniz üçün əməkdaşlıq etdi. 

Rəng mütəxəssisi Karen Haller rənglərin həyatımızdakı əhəmiyyəti haqqında belə deyir: "Xüsusi zamanlarda necə geyinmək lazım olduğunu bilmək, xüsusilə ilk təəssürat yaratmaq çox önəmlidir. Biriylə ilk tanışlığınız zaman yaratdığınız təəssürat sadəcə necə davranmağınızdan və ya nə danışdığınızdan asılı deyil, eyni zamanda nə və hansı rəng geyinməyinizdən də asılıdır."

Düzgün rəng kombini düşüncələri belə dəyişdirə bilir

Rənglərin həyatımızdakı önəmini anlamağınız və fərqli rəngləri düzgün istifadə etməyinizin əhəmiyyətindən danışan Karen Haller: "Düzgün rəng kombinləri geyinmək ətrafınızdakıların sizin haqda fikirlərini dəyişdirə bilər. Rənglərlə siz ətrafınızdakılara enerji verə və ya həyəcanlandıra bilərsiniz. Əgər ilk görüşə və ya iş müsahibəsinə gedirsinizsə, düzgün geyimləri seçə bilməyiniz üçün rənglərin gizli xüsusiyyətlərini bilməlisiniz." 

Rəng seçiminə ciddi yanaşın

Düzgün rəng seçərək gün ərzində əhvalınıza və ya insanların sizin haqqınızda fikirlərinə təsir edə bilərsiniz. Məsələn qara rəng təcrübəli, diqqətcəlbedici və eleqant və sizi əlçatmaq göstərir. Çəhrayı rəng sizin haqqınızda isti və mehriban təəssüratı yaratmaqla yanaşı, həmçinin qayğıya ehtiyacınız olduğunuzu göstərə bilər ki, bu da ilk görüş üçün heç də uğurlu seçim deyil. Geyimlərinizlə bərabər çanta, şarf kimi aksesuarlarda da rənglərə diqqət etməlisiniz. 

Karen Haller"in logitech colour collectionu üçün hazırladığı rəng təqdimatı 

Rənglərin mənfi və müsbət xüsusiyyətləri

Tünd mavi: tünd mavi sizin güvənilən olduğunuzu və insanlar tərəfindən ciddiyə alındığınızı göstərir. Məntiq, ağıl və özünə güvən rəngidir. 

Tünd mavi dostcanlı olmadığınəz təəssüratı yarada bilər.

Çəhrayı: Çəhrayı sizin istiqanlı və mehriban olduğunuzu göstərir. Lakin sizin qayğıya ehtiyacınız olduğunuzu göstərə bilər.

Qırmızı: İstilik və simpatik, güvənli və ya enerjili olduğunuzu göstərir. Qırmızı ehtirasın və şəhvətin rəngidir. 

Qırmızı sizi aqressiv, diqqət çəkməyə çalışan və ya birilərinə meydan oxuyan kimi göstərə bilər.

Sarı: Müsbət, özünəgüvənən və dost canlı biri kimi göstərə bilər. Sarı rəng xöşbəxtliyin rəngidir.

Sarı sizin haqqınızda məntiqsiz, qorxaq və həyəcanlı biri kimi mənfi təəssürat yarada bilər.

Yaşıl: Sakit, hüzurlu insan təəssüratı və başqaları üzərində rahatlaşdırıcı təsir yaradır.

Yaşıl sizi sıxıcı, axmaq təəssüratı yarada bilər.

Bənövşəyi: Sizin güvənilən, düzgün olduğunuzu göstərir və sizə güvən qazandırır.

Bənövşəyi sizin içinə qapalı biri kimi göstərir və söhbətə çox açıq biri olmadığınızı empoze edə bilər.

Qəhvəyi: Qəhvəyi sizin ciddi və güvənilir biri olmağınızı göstərə bilər. Eyni zamanda özünüzü güvəndə hiss edərsiniz.

Qəhvəyi yumor hissinizin zəif olduğunuz təəssüratı yarada bilər.

Boz: Boz sizin ciddi tərəfinizi göstərir. Boz sizə özünüzü qoruma hissi verir - insanların diqqətini cəlb etməmək üçün uğurlu rəngdir.

Boz özgüvən və enerji əksikliyinizi göstərə bilər.

Ağ: Dəqiqlik, incəlik təəssüratı yaradar. 

Sizi soyuq, əlçatmaz və dostcanlı olmadığınızı da göstərə bilər.

Qara: Avtoritar, güclü, eyni zamanda təcrübəli və sehrli təəssüratı yaradır. Qara güvən və aidlik hissi də verə bilər.

Lakin sizin əlçatmaz və soyuq olduğunuzu da göstərə bilər.

 

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.