Kreativ Sevgililər Günü hədiyyələri

08.02.2016

Sevgililər Günü yaxınlaşır. Hər kəs sevgilisinə hədiyyə hazırlamaq, hədiyyə almağı düşünür.  Sevgililər Günündə özünüz hazırladığınız hədiyyə ilə sevgilinizi təəccübləndirməyə nə deyirsiniz? Az material və öz əməyinizlə hazırladığınız evdə düzəldilən hədiyyələr həmişə fərqli olur. Buna görə də sizin üçün sevgiliniz və ya həyat yoldaşınız üçün yaradıcı, özünüz hazırlaya biləcəyiniz hədiyyə ipuclarını bir araya yığdıq və sizə təqdim edirik.

Bəzəkli qəhvə fincanı

Lazım olanlar

Çini fincan

Rəngli porselən qələmləri

Soba

Hazırlanması

Porselən qələmi ilə fincanın üzərində istədiyiniz şəkillər çəkin və ya istədiyiniz sözləri yazın, daha sonra isə əvvəlcədən 150 dərəcə istilikdə olan sobada 35 dəqiqə fincanı bişirin. Bu bişirmə prosesi bəzəklərin daha qalıcı olmasına şərait yaradacaq. 

İşləməli çərçivə

Lazım olanlar

Parça

Karton qutu

İynə-sap

Çəçivə

Qara qələm

Yapışqan

Hazırlanması

Kartonu çərçivənin içərisinə yerləşəcək formada kəsin. Daha sonra kartonun ölçüsündə parça kəsin. Qara qələmin köməyi ilə parçanın üzərinə işləyəcəyiniz bəzəyi çəkin və daha sonra iynə-sapla onun üzərindən işləyin. Bitdikdən sonra parçanı kartonun üzərinə yapışdırın və sonra çərçivəyə yerləşdirin. 

Fincan tutacağı

Lazım olanlar

Keçə

Qayçı

İynə-sap

Düymə

Çuval bezi

Hazırlanması

Sevgilinizin sevdiyi, həmişə istifadə etdiyi fincanı ölçün. O ölçüdə keçəni kəsin. Daha sonra keçənin bir tərəfinə ilik açın, digər tərəfinə isə düyməni tikin. Hazırladığınız fincan tutacağını bəzəmək üçün isə xüsusilə çuval bezindən bir hissə kəsin. Üzərinə də qırmızı ürəyi sanki cibmiş kimi tikin. Və bunları keçənin üzərinə yapışdırın və yaxud da ki, səliqəli formada tikin. 

Bankada vintaj foto

Lazım olanlar

Banka

Günəbaxan yağı

Sevglinizlə ağ-qara fotonuz

Qurudulmuş gül

Hazırlanması

Bankanın içərisinə  sevgilinizlə olan fotonuzu yerləşdirin. Sonra bankanın içinə tam dolana qədər yağı əlavə edin. Bankanın arxa hissəsinə isə qurudulmuş gülü qoyun və ağzını yaxşıca bağlayın.

İşləməli yastıq

Lazım olanlar

Sadə yastıq üzü

Qara qələm

İynə-sap

Hazırlanması

Yastıq üzünə işləmək istədiyiniz bəzəyi, yazını çəkin. Çünki belə etsəniz işiniz asan olacaq. Çəkdikdən sonra iynə-sap köməyilə onu tikin. Budur, sevgilinizin hər səhər oyanandan ilk gördüyü  sizdən bir xatirə olacaq.

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.