Yeni il hədiyyən “Nasaliani”dən olsun

15.12.2015

Yeni il ərəfəsində "Nasaliani" brendinin yaradıcısı Nasa ilə görüşdük və bayram, hədiyyələr haqqında söhbətləşdik. Əslində sizə hədiyyə seçimində kömək üçün bu söhbəti gerçəkləşdirdik.

Nasaliani brendi 1 ildir ki, fəaliyyət göstərir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında  qrafik dizayner kimi təhsil alan  Nasanın bu işi sevməyinin və belə maraqlı işə başlamağının səbəbi onun yaratdığı gözəl əşyarlarla hamının öz evini bəzəyə bilməsi istəyidir. Nasanın brendinə Nasaliani adını seçməsi də təsadüfi deyil. Belə ki, onun dediyinə görə, Nasa adının qısaldılmış formasıdır, liani isə çox bəyəndiyi rəssamdan – Amadeo Modigliani-dan “oğurlayıb”. Nasaliani brendi 1 ildir yaransa da maraqlı işlərlə bizə kreativ hədiyyəliklər təqdim edir. Çünki Nasa deyir ki, onun üçün ev və ya hər hansı yaşadığı yer çox önəmlidir, hətta ofisinə belə öz evi kimi yanaşır. Buna görə də onun üçün ev interyerindən tutmuş bütün aksesuarlara qədər hər şey önəmlidir. Bundan qaynaqlanaraq o bu işlə məşğul olmağı sevir. O, əvvəllər bu işə yastıq və keyslərdən başlasa da, siz onun işləri arasında fərqli ev əşyaları, aksesuarlar, oyuncaqlar və s. tapa bilərsiniz.  Gələcəkdə isə böyük bir mağaza açmaq arzusundadır.

Nasanın ən çox sevdiyi fəsil və bayram da məhz yeni il ərəfəsidir. Bu da sizin üçün öz üzərində işləyərək yeni nələrsə ortaya qoymasına yardımçı olur. O, sizin üçün hədiyyəliklər hazırlamasına baxmayaraq özü də hədiyyə etməyi çox sevir. Xüsusilə də, həyat yoldaşı Kamilə: “Yeni ildə çox hədiyyə alıram, ən maraqlısı odur ki, biz ( mən və yoldaşım ) bir- birimizə çoxlu hədiyyələr edirik. Bu, hətta 10-15 dənə hədiyyə ola bilər. Dekabr başlayandan almağa başlayırıq, amma ayın axırına kimi heç birimiz bilmirik kim nə alıb. Və yeni ildə bir-birimizə aldıqlarımızı hədiyyə edirik, çox maraqlı olur. Bu il Yeni ili Nyu-Yorkda qeyd edəcəyik.Yəqin ki, bu ən gözlədiyim, çox istədiyim hədiyyə idi, onu da Kamil mənim üçün etdi. Mənim isə ona olan hədiyyəmi deməyəcəm, amma hədiyyəm onu təəccübləndirəcək bir şey olacaq”.

Belə gözəl əl işləri ilə yeni il ərəfəsində yaxınlarınızı və özünüzü sevindirmək istəsəniz onlayn (https://www.instagram.com/nasaliani/https://www.facebook.com/nasaliani/?fref=ts) şəkildə sifariş verə və yaxud da ki, Fəvvarələr meydanındakı “Soyuq əllər, isti” yarmarkasına yollana bilərsiniz. Eyni zamanda da Nasa yeni il ərəfəsində ev dekoru üçün maraqlı əşyalar hazırlayır. Buna görə də Yeni ildə evinizə də sevinc bəxş edə, onu fərqli dizayn edə bilərsiniz.

Odur ki, elə indi Nasaliani-dən hədiyyələr əldə etməyə tələsin.





© 2015 foxy.azBütün hüquqlar qorunur.