Kağızın eqzotik qıvrımları

24.09.2015

Əvvəlcə Quillinq və ya kağız Telkari haqqında qısaca məlumat verək.

18-ci əsrdə meydana gəlmiş bu sənət növü telkari sənətinin kağızla işlənən formasıdır. Müasir dövrdə bu sənət inkişaf edərək müxtəlif yanaşmalar qazanmışdır. Məntiqi çox sədə, nəticəsi isə çox gözəl və göz oxşayan incə bir dizayn sənətidir.

Kağız zolaqlardan və yapışdırıcıdan istifadə edilir və şəkillər, qutular, dekorlar, modellər, bütün növ istifadə üçün dizaynlar, portretlər, yazılar, simvollar, loqolar, naxışlar və s. təkrarolunmaz dizaynlarda hazırlamaq imkanı yaradır.

Bugün sizlərə çox böyük həvəslə və sevərək quillinq ilə hazırladığımız hədiyyəni təqdim edirik. Özəl günlərini sevdiklərinə unudulmaz etmək istəyənlər üçün əla seçimdir . Hətta bunu siz özünüz özünüzə də hədiyyə edə bilərsiz. Belə hədiyyələri “SEROs hədiyyələri"-dən əldə edə bilərsiniz.





© 2015 foxy.azBütün hüquqlar qorunur.