Mükəmməl pikniki necə təşkil etmək olar?

22.06.2016

Yay və həftə sonları məhz piknik üçündür. Xüsusilə də, yayın isti günlərində ölkədən kənara və rayonlara getməyə vaxt, imkan olmadıqda şəhərdən kənarda gözəl istirahət etmək üçün piknik əlverişli seçimdir. Amma onun da özünəməxsus təşkili var ki, istirahət edərkən sıxılmayasınız və yaxşı vaxt keçirəsiniz. Yayda həftə sonunuzu daha əyləncəli keçirmək istəyirsinizsə sizin üçün mükəmməl piknik təşkil etməyin ip uclarını paylaşırıq.

Romantik piknik

1. Bütün lazım olanları əvvəlcədən alın ki, piknik günü marketdə vaxt itirməyəsiniz.

2. Menyunu hazırlayın. Qarşınızdakı insanın ət yeyib-yemədiyini nəzərə alıb, ona görə sendviçlər hazırlayın.

3. Piknik üçün səbət alın. Birincisi ona görə səbət lazımdır ki, o rahatdır. Bütün ərzaqları rahatlıqla yerləşdirə bilərsiniz. Hətta su şüşələrini belə əminliklə səbətə qoya bilərsiniz. İkincisi isə səbət romantika, sevgilə dolu amerikan melodramlarını özündə assosiyasiya edir.

4. Adeyal və ya qatlanan stullar götürməyi unutmayın. Parkda piknik edirsinizsə adeyal yaxşı seçimdir. Və rahat oturmağınız üçün yumşaq yastıqlar da götürün. “Şotlandka” süfrə isə ən vacibidir.

5. Romantik ab-havanı əks etdirən atributlar da götürün – güllər, fanarlar və romantik musiqiyə qulaq asa biləcəyiniz vasitə. Ən vacibi isə bütün bunları edərkən hər şeyi çox da şişirtməyin.

6. Piknikə nə geyinəcəyinizi düşünün. Geyiminiz hərəkətinizə mane olmayacaq qədər rahat olmalıdır. Hərəkətlərinizi bütün piknik boyu ölçüb-biçməli olacağınız üçün ən yaxşısı don geyinməkdən imtina edin.

Ailəvi və ya dostlarla pikinik

1. Yenə də, hər şeyi əvvəlcədən planlayın. Əgər siz təmkinli birisinizsə o zaman ailə pikniki də uğurlu olacaq. Unudulmuş stəkan və ya qapaqaçan belə bu zaman kefinizi poza bilməz. Səbəti hazır etmək üçün içində salfet, bir dəfə istifadə etmək üçün boşqab, stəkan, qapaqaçan, yemək, meyvə və çərəzləri qoyduğunuz qida qablarını qoyun.

2. Rahatlığa üstünlük verin. Bu zaman piknik daha əyləncəli ola bilər. Özünüzlə əlavəaçılıb-bağlanan stul, yastıq və adeyal götürməyi unutmayın.

3. Bütür ərzaqları siyahı ilə əvvəlcədən alıb, hazır edin. Əgər siz toyuğun döş ətini qızardacaqsınızsa bunu yaxşı olar ki, səhər tezdən edəsiniz. Belə o təzə və dadlı olacaq.

4. Özünüzlə stolüstü oyun, voleybol oynamaq üçün top götürün.

5. Apteçka götürməyi unutmayın. Xoşagəlməz hal olduqda elə yerindəcə yardım etməyiniz üçün sizə kömək edəcək.

Piknik siyahısı

Bu siyahı sizə lazım olanları unutmamaq üçün bələdçilik edəcək:

1. “Şotlandka” süfrə

2. Salfet

3. Boşqab və çəngəl, bıçaq

4. Fincan, stəkan

5. Pendir və çörək doğramaq üçün balaca taxta

6. Çörək, meyvə və tərəvəzləri doğramaq üçün bıçaq

7. Plastik qida qabları

8. Kağız dəsmal

9. Folqa və ya qidaları bükmək üçün paket

10. Termos

11. Duz, istiot

12. Sevimli souslarınız

13. Zibilləri yığmaq üçün paket

14. Nəm salfet

15. Artıq qalan qidalar üçün qab

16. Günəşdən qorunmaq üçün krem

17. Qidalar

18. İçkilər

19. Şlyapa və ya günəşdən başınızı qorumaq üçün digər əşyalar

20. Fotokamera

Piknik üçün bəzi variantlar

1. Meyvələr: çiyələk, albalı, ərik, gavalı, qarağat, qarpız, yemiş

2. Tərəvəzlər: kök, çeri pomidor, xiyar, kərəviz

3. Sendviç: rulo formalı

4. Salatlar

5. Smuzilər

6. Tərəvəzlər, souslar və keklər.





© 2015 foxy.azBütün hüquqlar qorunur.