Yay tətilinizi maraqlı keçirmək üçün 10 ölkə

07.05.2016

Yay tətili yaxınlaşır. Tətilinizi planlaşdırmağa başlamınız yəqin. Hər il yay tətilini ölkəmizin fərqli rayonlarında keçirən və buraların sıxlığından bezənlər üçün alternativ məkanlar sıraladıq.

Fərqli ölkələr görmək, fərqli mədəniyyətlər tanımaq və maraqlı tətil keçirmək istəyənləri bu yazını oxumağa dəvət edirik. Siyahiya baxmadan yay tətili üçün plan hazırlamayın.

Fiji adaları

Firuzəyi rəngdə olan dənizi, mərcan qayalıqları və ipək qumsallıqlarıyla müstəqil Fiji Respublikası 300 adadan ibarətdir. Su o qədər parlaq və gözəldir ki, mavinin bütün tonlarına şahid ola bilərsiniz. Çılpaq ayaqla qumsalda gəzib ay işığının işıqlandırdığı sahillərdə gecə dənizə girə biləcəyiniz bu adalar dünya üzərində günəşin ilk doğduğu yerdir. Bu adaların gözəlliyi sizi valeh edəcək.

Şimali Kipr Türk Respublikası

Yay turizmi, dəniz, qum, günəş üçbucağı, kazino mədəniyyəti ilə də ciddi bir turizm potensialına malikdir. Şimali Kipr ümumi olaraq 3 şəhərdən ibarətdir: Girne, Nikosiya və Qazi Maqosadır. Şimali Kiprdə daha uyğun qiymətə istirahət edə bilərsiniz.

Montenegro

Məkan və tarixi etibarilə yüksək dağlar, milli parklar, dəniz sahilində tarixi şəhərlər, mədəniyyətlə dolu sakit qəsəbələr kimi bir-birindən fərqli bölgələr sizi heyran edəcək. Paytaxt Cetinye və Budva şəhərləri mütləq görülməli olan yerlərdir. Monteneqroda yerləşən möhtəşəm gözəlliyə sahib olan Durmitor Milli Parkını görmədən geri qayıtmamalısınız.

Maldiv adaları

Maldiv adaları yer kürəsinin cənnəti hesab edilir. Bura 1190 kiçik mərcan adalarından ibarətdır. Dünyadakı turizm cənnətlərinin ən gözəlidir. Maldiv adaları həm də dünyanın ən etibarlı yerlərindən hesab olunur. Xüsusilə gənc cütlüklər bal ayı üçün bu adaları seçə bilərlər.

Braziliya

Rio-De- Janeyro və San Paulo Braziliyanın ən böyük şəhərləridir. Əgər getsəniz dünyanın 7 Təbiət Möcüzəsindən biri olan Cənubi Amerika qitəsində, Braziliya ilə Argentinanın sərhəddində İquasu Milli Parkının ərazisində yerləşən, 1984cü ildə UNESCO tərəfindən ümümdunya irsi siyahisinə daxil edilən təbiət abidəsinə baş çəkin. Iquasu Şəlaləsini və Corcovado zirvəsində qollarını açmış İsa heykəlini görmədən geri qayıtmayın.

Yaponiya

Təbiət gözəlliklərini və olduqca zəngin Uzaq Şərq mədəniyyətini özündə qoruyub saxlaması kimi bir çox faktor bu ölkəni turizm baxımından daha da zəngin edir. Yaponiya dünyanın ən bahalı ölkələridən biridir. Xüsusilə Nikko təpələrində gözləri qamaşdıran təbiət gözəllikləri var. Kyoto, digər bir deyişlə desək “məbədlər şəhəri”ndə Qızıl Məbəd mütləq görülməli olan yerlərdən biridir.

Tayland 

Tayland, dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Bura gələnlərin böyük bir qismi Bangkok, Chang Mai, Phuket və Pattayanı seçir. Tayland əl dəyməmiş meşələrə, tropik iqlimə, canlı sahillərə, ucuz yaşayış kimi sərhədsiz imkanlara malikdir. Xüsusilə Bangkokda məbədlər, saraylar və gecə həyatını görüb, yaşamalısınız.

Bali

Bali adası İndoneziyanın ən turistik və gözəl adasıdır. Eyni zamanda bal ayı üçün də ən uyğun olan bu adada rəqs, heykəltəraşlıq rəssamlıq kimi incəsənət sahələri olduqca inkişaf etmişdir. Yamyaşıl bir bitki örtüyünə sahib olan bu ada olduqca gözəldir. Bali adasının ən gözəl tərəfi də olduqca ucuz olmasıdır. Yemək- içmək, hədiyyə, market məhsullarını çox az bir büdcəylə qarşılaya bilərsiniz. Tarixi baxımdan da çox inkişaf etmiş olan Bali adası eyni zamanda 20.000 məbədə ev sahibliyi edir. Getdiyiniz zaman həm tətilinizi edə bilər həm də tarixi baxımdan kəşflər edə bilərsiniz. Adada hər bir məbəddə ildə 2 dəfə olmaq üzrə festival təşkil edilir. Yəni nə vaxt gedirsiz gedin festivalla qarşilaşacaqsınız.

Tunis

Tərtəmiz dənizi, sahili, və palma ağacları ilə ehatələnən turizm cənnəti olan Tunis kəşf edilməyi gözləyən bir ölkədir. Dənizi və qumsalları təmiz olduğuna görə yay tətili üçün mükəmməl bir seçimdir.

İbiza adası

İbiza adası məşhur çimərlikləri və əyləncə mekanları ilə tanınır. Bura günün 24 saatı əyəncəli olur. Əyləncənin mərkəzi İbizanın dünyanın ən gözəl gün batımına sahib olduğunu da deməliyik. İbiza əyləncə dünyasının Avropadakı ən əhəmiyyətli mərkəzlərindən. Bu adada 3 şəhər var: Ibiza Town, Santa Eularia del Rue və Sant Antoni de Portmany. Bu şəhərlərdə həm də tarixi məkanları da ziyarət edə bilərsiniz. Dünya reaktiv kübar cəmiyyətinin seçim etdiyi adada, hər an məşhur bir simayla qarşılaşa bilərsiniz. Bu adaya həm də azadlıq adası deyilir. Əgər İbizaya gedirsinizsə dəli partilərə də hazır olmalısınız. Sant Antoni Çimərliyi isə gün batmasını seyr etmək istəyənlərin ən çox getdiyi məkandır. Belə ki, qayalıqların üzərinə toplanan yüzlərlə insan, günəşin ertəsi gün yenidən çıxmasına və batmasına şahidlik edir.

Sofi





© 2015 foxy.azBütün hüquqlar qorunur.