10 ən xoşbəxt ölkə

23.10.2015

Tam xoşbəxtlik deyilən bir məhfum yoxdur. Amma nisbi götürəndə “ən” deyə fərqləndirmək mümkündür. Bu düşüncə ilə yola çıxıb  insanların çox xoşbəxt yaşadığı 10 ölkə haqqında yazırıq. Bu ölkələr əsasən soyuq ölkələrdir və yeni ildə səyahət üçün unikal yerlərdir. 

- İsveçrə - saat və bıçaqların, fondların və şokoladın vətəni olan bu ölkə obyektiv olaraq xoşbəxtlik baxımından liderdir. Xoşbəxtlik cədvəlinə liderlik edən İsveçrə həm də, Avropanın ən varlı ölkələrindəndir. 

- İslandiya – onun iqlimi çox sərt olsa da, insanlarının 80 il ömür sürməsinə mane olmur. Bu xoşbəxt ölkə bədii ədəbiyyat satışı sahəsində də 100%-lik keyfiyyətə malikdir.

- Norveç – ölkə sabit iqtisadi mühiti, vətəndaşlar və qonaqlarının təhlükəsizliyi, sahibkarlığın tam azadlığı ilə fərqlənir. Norveçlilərin orta aylıq əmək haqqı - 5000 avrodur, lakin təxminən üçdə birini vergilər təşkil edir. Demək olar ki, hər bir ailədə maşın, kiçik bir qayıq belə var.

- Danimarka – dövlət idarəçiliyin yüksək səviyyədə olması baxımından bütün bu 10 ölkə içərisində ikinci yeri tutur. Hər şeydən əlavə, Danimarka gender bərabərliyi ilə bağlı dünyanın ən yaxşı ölkələrdən biridir.

- Kanada – “xoşbəxt ölkələr” reytinqində daimi iştirakçıdır. Kanadanın adı kanata sözündın gəlir, “kənd” mənasını verir. Yəqin ki, buna görə yerli insanlar üçün xoşbəxtlik üçün az səbəb lazımdır. Ölkənin qürür mənbəyi milli parkları, təbiəti, dağları və şəlalələridir.

- Finlandiya – “min ada ölkəsi” ( 180 min adaya sahib ölkə) əhalinin rifahına görə liderdir. Həm də, Avropa iqtisadiyyatında korrupsiyanın ən aşağı səviyyəsində olduğu ölkədir. Uzun ödənişli məzuniyyət isə ilin 9 həftəsını əhatə edir.

- Hollandiya – böyük nailiyyətləri olan kiçik bir ölkədir. Əhalinin (94%) ən böyük faizi interenet istifadə edir, su və qida keyfiyyətinə görə ikinci yerdədir. Bundan əlavə, insanların həyat keyfiyyətinin yaxşılaşdırılması ilə məşğul olan şirkətlərin ən çoxu Hollandiyadadır.

- İsveç – milli xoşbəxtlik atributu fika və ya bulku ilə bir fincan qəhvədir. 

- Yeni Zellandiya – “gəlmələr” burada xoşbəxtlik anlayışını tam formalaşdırdılar. Feministlərin də təkamül yaşadığı ölkə olaraq bilinir. Bir müddət Norveçdə bütün hakim orqanlar məhz qadınların əlində olub. 

- Avstraliya – beynəlxalq adı “xoşbəxt ölkə” və ya “şanslı insanlar ölkəsi”dir. Gerbində rəsmi simvolu dəvəquşu və kenqurudur. Bu da “onlar heç vaxt geri gəzməz, həmişə irəli hərəkət edər” mənasını verir.





© 2015 foxy.azBütün hüquqlar qorunur.