Səyahətlərinizi asanlaşdıracaq 9 əsas parça

16.05.2017

Yay yavaş-yavaş gəlir və artıq bir çoxlarımız tətil planları qururuq. Amma səyahətə gedərkən çox vaxt yüklərlər, çantalarla problem yaşayırıq. Tərzinizi korlamaq istəmirsinizsə sizə verəcəyimiz bəzi məsləhətlərlə tətil çantanıza istədiklərinizi qoya biləcəksiniz, həm də tərzli olacaqsınız.

Şıq çemodan

Cızılmayan, sərt örtülü çemodanlar hava limanı tərzinizi tamamlamağa yetərlidir. Həm də belə çemodanların içləri daha funksional olur ki, əşyalarınızı rahat və səliqəli şəkildə yerləşdirə bilirsiniz.

Səhayət pul kisəsi

Səyahətə məxsusi olaraq alınmış pul kisəsi həm sizi narahat etməməli, həm də çox funksiyalı olmalıdır. Pullarınızı həm rahat şəkildə qoymalı, həm də çantaya rahatca yerləşməlidir.

Rahat ayaqqabı

Rahat ayaqqabı həm gecə, həm gündüz geyə bilmək üçün yaxşıdır, həm də ki, 6 günlük tətilə 10 cüt ayaqqabı daşımaq yükündən sizi azad edir. Tərlikdən ayaqqabıya keçid edən rahat ayaqqabı qısa gəzintidən tutmuş, axşam yeməyinə qədər mükəmməl seçimdir.

Göstərişli aksesuar

Tərzinizi tez bir şəkildə diqqətçəkən etmək üçün göstərişli aksesuar dadınıza çatar. Saçlarınızın arxasından özünü göstərən rəngli sırğa mütlək səyahət çantanızda yer almalıdır.

Nazik şal

Nazik şal sərin yay axşamları üçün həm dəbli, həm də sizi soyuqdan qoruyan köməkçiniz ola bilər. Üstəlik də çemodanda az yer tutur.

Əyləncəli günəş eynəyi

Son zamanlar əyləncəli, müxtəlif rəngli və fərqli kəsimli günəş eynəkləri dəbdədir. Səyahətdə belə eynəklərdən istifadə sizi tərzli göstərməklə yanaşı, uşaqlığınıza da qaytaracaq.

Qatlanabilən şlyapa

Həsir şlyapaların bir çoxu qatlana bilir. Tətil çemodanınızda belə bir şlayapanın olması həm az yer tutacaq, həm tərzinizə tərz qatacaq və ən əsası da, sizi günəşdən qoruyacaq.

Həsir çanta

Gündüzdən gecəyə həsir çantası ilə çimərlik çantanızın gücünü gecə tərzinizə də yansıda bilərsiniz. Sadəcə düzgün seçəcəyiniz model sizi səyahətə fərqli çantalar aparmaqdan azad edəcək.





© 2015 foxy.azBütün hüquqlar qorunur.