3 həftədə mükəmməl qamət

03.08.2016

Biz günümüzün çoxunu ofisdə masa arxasında keçirir, evdə dizüstü komputer qabağımızda divanda uzanır, bir sözlə bizə necə rahatdırsa elə də davranırır. Amma bunları edərkən düşünmürük ki, qamətimizə zərbə endiririk. Düz qamət təkcə gözəllik deyil, həm də, sağlamlıq üçün də vacibdir. Odur ki, sadə gündəlik hərəkətlər vasitəsilə qamətinizi mükəmməl etmək üçün sizə bəzi ipucları təqdim edirik.

1-ci həftə: Tədricən başlayın

Özünüzü tez bir zamanda dəyişməyə çalışmayan. Yavaş-yavaş başlayın. Birinci həftə 3 hərəkəti etmək məqbuldur.

1. Ayaq üstə duranda və ya stolda oturanda ayaqlarınızı çiyinləriniz bərabərində qoyun. Çiyinlərinizi qaldırın, geri çəkin və sonra boş buraxın.

2. Stulda oturanda çalışın hər iki ayağınız yerə tam yapışsın. Gücü kürəyinizə verməyin, bir az əyilmiş olsa bu qəbulolunandır. Əgər görürsünüz ki,belinizi düz saxlamaqda çətinlik çəkirsiniz, bu zaman bir yastıq vasitəsilə onu tənzimləyə bilərsiniz.

3. Çalışın həmişə kürəyiniz üstə yatın. Bu həm qamətinizə, həm də rahat nəfəs almağınıza kömək olacaq.

2-ci həftə: Vərdişlərinizi dəyişin

Kiçik şeylərə diqqət edin.

1. Çanta – Demək olar ki, hər şeyimizi yığırıq bir dənə böyük çantanın içərisinə və bütün günü onu tək çiynimizdə daşıyırıq. Bu da çiyinlərin, onurğanın əyilməsinə səbəb olur. Buna görə də, ya bel çantası, ya da ki, yüngül çanta götürməkdə fayda var.

2. Başınızı əyməyin. Bütün günü başımız aşağı aya telefonda, ya da ki, komputerdə vaxt keçirdirik. Bu da yenə də, qamətimizin korlanmasına səbəb olur. Başınızı əymək yerinə gözlərinizi aşağı istiqamətləndirsəniz yetərlidir.

3. Bütün günü hündürdabanlı ayaqqabılarda gəzəcəksiniz? Əgər belədirsə, çantanıza rahat ayaqqabı qoymağı unutmayın. Yox, buna imkanınız yoxdursa, o zaman hər iki saatdan bir ayaqqabılarınızı çıxardın ayaqlarınız istirahət etsin.

3-cü həftə: Daha güclü olun

Mükəmməl qamətə sahib olmaq üçün kürək əzələlərini gücləndirmək lazımdır. Bunun üçün də, 3-cü həftə bu hərəkətləri mütləq etmək lazımdır.

1. Çiyinlərinizi rahatlayın və onları mümkün olduğu qədər geriyə çəkin. Bu vəziyyətdə 2-3 saniyə qalın. 5 dəfə təkrarlayın. Gün ərzində bu hərəkəti hər 30 dəqiqədən bir təkrar edin.

2. Yoqa xalçasını yerə tam salın və üzərinə böyük yastıq qoyun. Yastıq qarnınızın altına düşəcək formada uzanın. Bu hərəkəti yavaş-yavaş dərindən nəfəs alaraq edin, sanki qarnınızla yastığı əzirmiş kimi hərəkət edin.

3. Klassik hərəkət: Əllərinizi yuxarı tam qaldırıb ovuclarınızı birləşdirin. Bu, kürək əzələlərinizi gücləndirəcək. Kürək mükəmməl şəkildə düz qalır. Hərəkəti hər gün 1 dəqiqə müddətində edin.





© 2015 foxy.azBütün hüquqlar qorunur.