Daha arıq görünmək üçün 15 üsul

23.06.2016

Çəki atmaq uzun zaman və fədakarlıq tələb edir. Amma biz sizə təqdim etdiyimiz ip ucları ilə kömək etmək fikrindəyik. Oxuduğunuz bu ip uclarını gündəlik rutininizə əlavə etməkdə fayda var:

1. Səhər limonlu isti su için. Bu həzm sisteminizin oyanmasına səbəb olacaq.

2. Səhərləri süd məhsulları olmadan səhər yeməyi yeyin.

3. Səhər tezdən yoqa ilə detoks edin. Həzm sisteminizi hərəkətə keçirdəcək, toksinlərdən orqanizminizi azad edəcək.

4. Günortaya tərəf tropik meyvələrdən hazırlanmış su için. Ananas daha yaxşı seçimdir.

5. Gün boyu yediyiniz hər bir şeyi yavaş-yavaş yeyin. Çünki sürətli yemək həzm sisteminizi hava ilə dolduracaq.

6. Gün boyu saqqız çeynəməyin. Sırf hava udduğunuz üçün deyil, saqqızların çoxunun tərkibində şəkər olur.

7. Gün içində çoxlu su için. Çünki su toksinlərdən və duzdan orqanizminizi təmizləyir.

8. Yediyiniz yeməyin porsiyalarına diqqət edin.

9. Günortadan sonra liflə zəngin atışdırmalıqlar yeyin.

10. Çalışın axşamlar qulançar (sparja) yeyin. Çünki bu tərəvəz bədəndəki yaxşı bakteriya balansını yüksəldir, həzmi asanlaşdırır.

11. Axşamlar şirniyyat yeməyin.

12. Axşamlar həzmi asanlaşdıran çay için. Çayın içində darçın və zəncəfil olsa lap yaxşı olar.

13. Axşamları vaxtında yatın (saat 11-dən gec olmadan).

14. Axşamlar “xoşbəxtlik saatı” deyib hər bir şeyi yeməyin.

15. Günortadan sonra kinoa yeyin.





© 2015 foxy.azBütün hüquqlar qorunur.