“Figura center” – ideal bədən quruluşunun ünvanı

16.06.2016

Təkcə yayda yox, bütün zamanlarda biz xanımlar baxımlı və gözəl bədən quruluşuna sahib olmaq arzusunda oluruq. Bunu müxtəlif üsullarla həyata nail oluruq. Ya evdə özümüz buna çarə tapırıq, ya da ki, mütəxəssislərdən yardım alırıq. Elə bugün haqqında sizə bəhs edəcəyimiz mərkəz  - “Figura Center” də məhz özünüzü rahatlıqla mütəxəssislərə təslim edəcəyiniz yerdir.

“Figura Center” nədir?

"Figura Center" - Azərbaycanda ilk dəfə bədən quruluşunu korreksiya edən studiyadır. Mərkəz Cənubi Qafqazda bu tipli yeganə yerdir. Burada olan "Roll Magic" unikal limfa drenaj aparatından istifadə etməklə siz infraqırmızı şüalarının köməyilə bədən quruluşunuzu simülasya edə, bədəndəki yağlarınızı azalda, əzələlərinizi möhkəmləndirə, zəhlətökən selülitlərdən azad olaraq ideal bədənə qovuşa bilərsiniz.

Niyə idman zalları yox, “Figura Center”?

Gözəl bədən quruluşuna sahib olmaq üçün idman zallarına xərclədiyiniz zaman, enerji və pulunuzu “Figura Center”ə dəyişməklə daha effektli nəticə əldə edə bilərsiniz. Yəqin ki, sizə maraqlıdır niyə idman zallarını deyil, məhz “Figura Center”i sizə məsləhət görürük? Mərkəzin üstünlüklərini sizin üçün araşdırdıq. Belə ki:

  1. Yığılmış piy müəyyən seanslardan sonra xaric edilir, bir daha bərpa olunmur.
  2. Prosedur zamanı əldə edilmiş nəticə uzunmüddətlidir.
  3. Siz vaxtınıza qənaət edirsiniz, çünki nəticə ənənvi trenajor zallarından daha tez əldə edilir. 
  4. Biz ağır yükləmələrə yox deyirik. Siz oynaq və onurğanızı zədələmədən çəki itirirsiniz. 
  5. Siz çətin təkmilləşən bədən hissələri üzərində işləyirsiniz. Bu, qarın, omba və yanlardır.

“Figura Center”in üstünlükləri bununla bitmir. Mərkəz hər birinizə individual yanaşır. Əgər siz bura müraciət edib ideal bədən quruluşuna sahib olmaq istəsəniz buradakı mütəxəssislər sizin fiziki hazırlığınızı, sağlamlıq vəziyyətinizi, istəklərinizi və imkanlarınızı nəzərə alaraq, sizin üçün fərdi proqram tərtib edəcəklər.

“Figura Center”in avadanlıqları və faydaları

Siz “Figura Center”də məşğələlərə başlayarkən burada olan xüsusi aparatların xidmətlərindən istifadə etmək imkanı qazanarsınız.

1. “Roll Magic”  - Bu cihazla limfa drenajı masajı tez bir zamanda çəki atmaq, selülitdən qurtulmaq yaxud da, sadəcə orqanizmi təmizləmə effektilə ən yeni və təsirli metodalardan biridir. “Roll” aparatında edilən prosedur detoks təsirinə malikdir. Orqanizmi müalicə edir və xüsusi səy olmadan dərinin tonusunu salmağa imkan verir.

2. “Vacu Magic” – Daxilində qaçış trenajoru olan vakum kapsuldur. İnfraqırmızı şüa və elektrik stimullaşdırılma ilə, halogenlə təchiz olunub. Bu aparatla məşğələ qısa zamanda piy itkisində səbəb olan müalicəyə bərabərdir. “Vacu Magic”də 30 dəqiqəlik məşğələlər qaçış trenajorunda 1 saat ərzində yandırılan kaloridən 5 dəfə çoxdur. Prosedur xüsusi olaraq bel, qarın və omba ətrafında piylənməyə meyilli olan qadınlar üçün nəzərdə tutulub.

3. “Vibra” – Analoqu olmayan vibrasiya üsuludur, bu, güclü vibrasiyalara gətirib çıxardır. Beləliklə də, piy bədəndən boşaldılır. Bütün bədənin vibrasiyalı məşqi artıq çəkilərdən qurtulmağa şərait yaradır. Qan dövranını yaxşılaşdırır, əzələ gücünü artırır və stress hormonu – kortızolun dərəcəsini balanslaşdırır. 15 dəqiqəlik seanslarda çox yaxşı nəticələr əldə etmək mümkündür.

4. “Aquacycling” – fitnesdə ən yeni tendensiyadır. Velosipeddə məşğələlər suyun hidrostatik müqavimətilə birlikdə intensiv fiziki məşğələlər olmadan sürətli nəticələrlə təmin edir. Burada olunan hidormasaj məşğələlər zamanı rahatlanma ilə yanaşı, siz limfa dövranınızı yaxşılaşdırırsınız, dərinin rəngini və elastikliyini təmin edirsiniz.

5. “Sun Lamp” – İnfraqırmızı “Sun Lamp” lampası dərini və dərialtı toxumaları toksinlərdən, habelə dərialtı qatın laylarında jeleyəbənzər maddədən, yəni, selülitdən təmizləyir, dəriyə elastiklik bəxş edən halogenin yaranmasını da stimullaşdırır.

Yayı kompleksiz keçirmək istəyirsinizsə bunun üçün sadəcə “Figura Center”dən yolunuzu salmaq kifayətdir.

Ünvan: Bünyad Sərdarov küç.1

Əlaqə vasitəsi: (012) 497 40 04





© 2015 foxy.azBütün hüquqlar qorunur.