İstilərlə mübarizə aparmaq üçün 5 sadə üsul

28.06.2016

İyunda artıq yayın dözülməz istilərini yaşamağa başlamışıq. İyulun ortalarında isə bu istilər daha da artır. Buna görə də, istilərlə mübarizə aparmaq üçün yollar axtarırıq. Biz də işinizi asanlaşdırmaq üçün sizə bəzi üsullar təqdim edirik.

Su "yeyin"

Əgər gün ərzində 1.5-2 litr su içmək istəmirsinizsə xiyar, qreypfrut, qarpız, yemiş kimi meyvə və tərəvəzlər yeyin. Beləliklə, orqanizm su ilə bərabər, daha çox vitamin və mineral da qəbul etmiş olar. İsti yaşıl çayı da unutmayın. O istilik dərəcəsini balanslaşdırma xüsusiyyətinə malikdir. Amma yaşıl çay təsirini paket bağlama ilə yox, kilo ilə satılan dəmlik quru yaşıl çay ilə göstərir.

Ayaqyalın gəzin

Bazar günüdürsə parka gedin, ayaqlarınızdakı ayaqqabılarınızı çıxardın və otun üzərində ayaqyalın gəzin. Ayağın altında daxili orqanlarla əlaqəli olan çoxlu nöqtələr var. Biz ayaqyalın gəzdiyimiz zaman torpaqla təmasda oluruq, nəticədə qan dövranı yaxşılaşır, orqanizmin ümumi tonusu artır və hüceyrələr yenilənir.

Dalış etməyin

Günəşin qızmar vaxtında dənizə və ya hovuza dalış etməyin. İstilik fərqi sizdə spazm yarada bilər. Ən yaxşısı əvvəlcə sakitcə üzməkdir. Sonra isə isti su altında dayanmaq bədənin istilik dərəcəsini balanslaşdırmağa kömək edir.

Düzgün qidalanın

İsti günlərdə ən vacib qaydalardan biri düzgün qidalanmaqdır. Belə günlərdə bal və basdırma kimi qidalardan uzaq durmaq lazımdır. Çünki bu cür qidalar daxilən istilik verir. Axşamlar ət yeməyin. Çünki bədənin istiliyi artır və tərləmə baş verir. Bədəninizi sərin saxlamaq üçün banan,yaşıl, ağ rəngli meyvə və tərəvəzlər qəbul edin.

Günəşdən qorunun

Evdən çıxmamışdan 30 dəqiqə əvvəl günəşdən qorunmaq üçün kreminizi çəkin, çıxarkən başınıza papaq ya da şlyapa qoyun. Beləliklə, özünüzü günəşdən qorumuş olacaqsınız.





© 2015 foxy.azBütün hüquqlar qorunur.