Yayın qənimi ağcanaqdlar və onlardan təbii üsullarla qurtulmağın yolları

21.06.2016

Yay gəldisə həm səsi, həm dişləməsi ilə bizə rahatlıq verməyən, qanla qidalanan ağcaqanadların da mövsümü başlandı deməkdir. Bütün bunlarla yanaşı o bir sıra xəstəliklərin də daşıyıcısıdır. Biz də sizə yay aylarında gecələri yatmağa imkan verməyən, rahat oturmağımıza imkan verməyən ağcaqanadlardan təbii üsullarla yaxa qurtarmağın yollarını təqdim edirik.

Limon və mixək

Mixək qoxusu ağcaqanadları narahat edir və insana yaxınlaşmasının qarşısını alır. Buna görə də oturduğunuz yerə mixək qoysanız yaxşı olar. Mixəyi limonun üzərinə qoyduqda isə daha effektli olur.

Açıq rəng geyimlər

Tünd rənglərə doğru gedən ağcaqanadlardan qorunmaq üçün açıq rəngli geyimlərə üstünlük verməyiniz daha yaxşı olar. Digər bir üsul isə yataq otağınızın bir küncünə tünd rəngli geyim asın və bununla da onları özünüzdən uzaqlaşdıracaqsınız.

Reyhan

Daha bir üsul isə yataq otağınıza bir dəstə reyhan qoya bilərsiniz.

Təbii yağlar

Təbi yağlar ağcaqanadlara qarşı yaxşı üsullardan biridir. Lavanda, limon, dəfnə, portağal qabığı, çaytikanı yağı, nanə kimi yağlar ağcaqanadlardan qurtulmaq üçün effektlidir.





© 2015 foxy.azBütün hüquqlar qorunur.