Oruc tutarkən ağız qoxusunun qarşısını almağın yolları

16.06.2016

Oruc olan zaman uzun müddət ac qalmaq, su qəbul etməmək, gün boyu diş fırçalamamaq ağız və diş sağlamlığımıza pis təsir edə bilir. Buna görə də, iftar və sahur vaxtlarında ağız boşluğunuza düzgün qulluğun vacib olduğunu nəzərə alıb, sizin üçün Ramazanda dişlərinizin sağlamlığını qorumağın yolları haqqında məsləhətlər paylaşırıq.

Dişlərinizi yeməkdən 1 saat sonra fırçalayın

Ramazan ayında qidalanma vərdişimiz tamamilə dəyişir. Yemək saatları iftar və sahura görə hesablandığı üçün uzun müddət ac və susuz qalırıq. Xüsusilə də, sahurdan sonra dişlər fırçalanmadan ya da lazımlı təmizlik edilmədən yatılır. Amma bu zaman sahurdan iftara qədər ac və susuz qaldığımız üçün ağızda çoxlu bakteriyalar yaranır. Buna görə də, dişlərinizi sahurdan ən az 1 saat sonra fırçalamağınız məsləhətlidir.

Diş sapı istifadə edin

Dişlərin ümumi olaraq üst hissəsi fırçalanır. Nə qədər mükəmməl fırçalanma edilsə də, dişlərin arası tamamilə təmizlənmir. Xəstəliklər də, elə dişlərin arasında qalan qida qalıqlarından yaranır. Bu səbəblə də, tam şəkildə ağıza qulluq üçün dişlərin arasını təmizləyən fırçalara ya da diş sapına üstünlük vermək lazımdır. Ağız qarqarası kimi məhsullardan istifadə etmək istəsəniz həkimlə məsləhətləşsəniz yaxşı olar.

Ədviyyatlı qidalar ilə çay, qəhvə qəbulunu limitləyin

Sahurda adətən üstünlük verilən çay, qəhvə kimi içkilər və ədviyyatlı qidalar ağız boşluğundakı quruluğu artırır. Bunların əvəzinə yeni sıxılmış meyvə suları ilə meyvə, tərəvəz və dənli bitkilər kimi lifli qidaların qəbulu ağızdakı tüpürcək axınını sürətləndirir. Bu isə öz növbəsində ağız boşluğunun təmizliyi üçün çox vacibdir.

Süd, pendir və yumurta ağızdan gələn qoxunu artırır

Ramazan ayında ağızdan gələn pis qoxuların qarşısını almaq üçün sahurda yeyilən qidalara diqqət etməli və gün ərzində tətbiq edəcəyiniz üsullarla da pis qoxuları yox edə bilərsiniz.

Ramazan ayında ağız və diş sağlamlığınız üçün bunlara diqqət edin:

 

1. Gün ərzində suyu udmamaq şərtilə ağzınızı su ilə yaxalayın. Nəticədə ağzınız qurumayacaq və ağızdan pis qoxu da gəlməyəcək.

2. Sahurdan sonra dişləri fırçalamağı unutmayın.

3. Enerji içkilərindən uzaq durun.

4. Yediyiniz yeməkləri, şirniyyatları mümkün olduğu qədər çox çeynəyin.

5. Ətli qidaları az qəbul edin.





© 2015 foxy.azBütün hüquqlar qorunur.