İncə belli olmağın yolu “İncəbelli”dən keçir

14.06.2017

Yay artıq özünü göstərir, dəniz mövsümü, tətil başlayır. Və ən əsası da yay geyimlərimizi də geyinməyin vaxtıdır. Buna görə də biz xanımlar başlayırıq özümüzə əziyyət verməyə - müxtəlif pəhrizlər, idmanlar və hətta ac qalmağı belə gözə alırıq. Amma çəki atmağın, fit görünməyin sadə yolları da var. Elə bugün haqqında sizə bəhs edəcəyimiz “İncəbelli” kimi.

İncəbelli – peşəkar şəkildə gözəl bədən quruluşuna sahib olacağınız məkandır. Yeni yaranmış məkan sizə individual şəkildə yanaşaraq sağlam formada gözəl bədən quruluşuna qovuşdurmağı vəd edir. Gözəl və sağlam bədən quruluşu üçün “İncəbelli”yə müraciət edirsinizsə, burada sizi dietoloq konsultasiyası, gündəlik və həftəlik nəzarət, massaj, dietik yeməklər və onların sizə çatdırılması, fərdi fitnes proqramı, kosmetoloji xidmətlər gözləyir.

Arıqlamağı qarşınıza məqsəd qoymusunuzsa və bunu bir peşəkarla etmək istəyirsinizsə “İncəbelli”dəki dietoloq-nutrisioloq sizin üçün fərdi pəhriz xidməti təyin edir, qidalanma intervalınız və rasionunuz məhz bu proqramla tənzimləndikdən sonra siz istəyinizə doğru əmin addımlarla addımlayacaqsınız. Qida rasionu məkan tərəfindən fərdi olaraq sizin üçün hazırlanır və hər gün təyin olunmuş cədvəl üzrə sizin üçün qidaları gətirirlər. Konsultasiyada alınan qərarlara dietoloq hər gün və hər həftə mütəmadi nəzarət edir. Bu nəzarət sayəsində siz sağlam qidalanmanızda səhvə yol vermirsiniz.

Təkcə qidalanmaqla, əlbəttə ki, iş bitmir. Arıqlama massajı və fitnes də bu prosesdə sizə kömək edəcək. Pəhriz proqramı zamanı massaj bədəni gümrahlaşdırır və arıqlama tempinizə uyğun dəriniz yığılmağa başlayır. Fərdi fitnesin arıqlama prosesində böyük əhəmiyyəti var. Məhz “İncəbelli”də siz fitnesin imkanlarından doğru şəkildə istifadə edə biləcəksiniz. Həm peşəkar fitnes məşqçisinin olması, həm də dəqiq hədəf sizin incə belli olmağınıza kömək edəcək.

Bir arıqlama və fitnes mərkəzində xanımlar üçün olacaq ən gözəl xidmət təbii ki, kosmetoloji xidmətlərin olmasıdır. Bu xüsusiyyət də “İncəbelli”ni digərlərindən fərqləndirir. Belə ki, çəki atıb arıqladıqdan sonra dəridə üzə çıxan bəzi problemləri aradan qaldırmaq lazım gələcək. Bunun üçün də bu məkandakı kosmetoloji qulluq sizin xilaskarınız olacaq.

“İncəbelli” haqqında çox yazmaq olar, amma yazılanları oxumaqdansa bir dəfə gedib görmək daha yaxşı olar. Odur ki, həyat bizə verilən bir fürsətdir və bu fürsəti ən gözəl şəkildə dəyərləndirmək bizim əlimizdədir. Siz də, bu yayın ulduzu olmaq və hər kəsi özünüzə heyran etmək, özünüzə bir daha aşiq olmaq istəyirsinizsə yolunuzu “İncəbelli”dən salın.

Ünvan: Nizami küçəsi 203, AF Business House-un 5-ci mərtəbəsi.

Əlaqə: (+994 50) 240 90 30





© 2015 foxy.azBütün hüquqlar qorunur.